İtaliyanın “Notizie Geopolitiche” analitik portalı 20 Yanvar faciəsindən yazır
Tarix: 20.01.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər



İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzinin “Qara Yanvar və Azərbaycanın müstəqilliyinə aparan yol” adlı məqaləsi verilib.
AZƏRTAC xəbər verir ki, məqalədə keçmiş Sovet İttifaqının tənəzzülə uğramasının ilk olaraq Qafqaz regionuna zorakı sosial-siyasi nəticələr gətirdiyi bildirilir. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə Dağlıq Qarabağ böhranının yaranması, ermənilərin Kommunist Partiyasında ən yüksək vəzifələrdə təmsil olunması səbəbindən rəsmi Moskvanın problemə qərəzli münasibəti, Dağlıq Qarabağ böhranı ilə bağlı birtərəfli siyasəti və Ermənistandan minlərlə azərbaycanlının qovulmasına biganə yanaşmasına etiraz olaraq Azərbaycanda ardıcıl şəkildə keçirilən nümayişlər haqqında söz açılır. Xalqın etiraz səsini boğmaq üçün yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun əmri ilə sovet hərbi birləşmələrinin, xüsusilə də xüsusi təyinatlı “Alfa” qrupunun Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi qırğın haqqında məlumat verilir və qırğın zamanı 147 nəfərin öldürüldüyü, 774 nəfərin yaralandığı, 841 nəfərin həbs olunduğu qeyd edilir.
Yazıda 20 Yanvar qırğınının törədilməsində əsas məqsədin sovet rəhbərliyinin imperiyanın ərazisində öz hakimiyyətini itirməsinin qarşısını almaq üçün presedent yaratmaq istəməsi, həmçinin müsəlman çoxluğa malik respublikanın birinci dəfə olaraq mərkəzi hakimiyyətə qarşı çıxmasından və bunun digər Mərkəzi Asiya respublikalarına da təsir edəcəyindən narahatlıq keçirməsi olduğu bildirilir, eyni zamanda, Moskvanın bu addımının əks effekt yaratdığı, Azərbaycanın müxtəlif şəhərlərində yeni etirazlara rəvac verdiyi qeyd olunur. Müəllif sovet rəhbərliyinin bu qanlı müdaxiləsinin uzunmüddətli effekt yaratdığını, Qara Yanvarın Azərbaycanın birdəfəlik Sovet İttifaqından ayrılmasına vəsilə olduğunu vurğulayır. Bildirir ki, 20 Yanvar faciəsi ilə Azərbaycan və Sovet İttifaqı arasında mənəvi bağ sarsıldı və həmin tarix Azərbaycanın öz müstəqilliyinə tam qovuşması istiqamətində həlledici yolun başlanğıcı oldu. Nəticədə 1991-ci ilin 18 oktyabr tarixində müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Müəllif, həmçinin əlavə edir ki, müstəqil Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və onun üçrəngli bayrağını, gerbini, dövlət himnini və yarandığı 28 May tarixini Respublika Günü kimi qəbul edir.
Yazıda Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini anmaq üçün 20 Yanvar faciəsinin hər il rəsmi səviyyədə qeyd edildiyi və həmin gün minlərlə azərbaycanlının Şəhidlər xiyabanını ziyarət etdiyi qeyd olunur.




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
19.10.2018
Prezident Azərbaycan energetiklərini təltif edib
19.10.2018
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”
19.10.2018
Doqquz ayda əhalinin gəlirləri 9,5 faiz artıb
18.10.2018
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10281

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info