20 Yanvar faciəsi qurbanlarının xatirəsi Aşqabadda da yad olunub
Tarix: 20.01.2018 | Saat: 14:44:00 | E-mail | Çapa göndər

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, anım tədbirində çıxış edən səfir Həsən Zeynalov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam, Azərbaycan xalqının müstəqillik tarixindəki bu günün əhəmiyyəti barədə danışıb. Bildirib ki, xalqımızın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı haqlı tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli azadlıq iradəsini qırmaq, onu başına gətirilənlərlə barışmağa məcbur etmək olub. Səfir bu hadisənin sovet rejiminin xislətini, onun məqsədinin xalqları müstəmləkədə saxlamaq olduğunu ortaya çıxardığını bildirib.
Diplomat həmin dövrdə respublika rəhbərliyinin xəyanətkarlığının heç də sovet rejimindən geri qalmadığı diqqətə çatdırıb. Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıranın, onun təqsirkarlarını açıq şəkildə ifşa edənin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin olduğunu bildirən səfir Ulu Öndərin qətliamdan dərhal sonra ailə üzləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransı barədə məlumat verib, dünya ictimaiyyətinin faciəni və onun mahiyyətini bu mətbuat konfransı vasitəsilə öyrəndiyini qeyd edib. 20 Yanvar faciəsinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini, şəhidlərin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdıran səfir şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib.
Şəhidlərin ruhunun şad olması üçün müstəqil dövlətimizin güclənməsi naminə hər bir azərbaycanlının əlindən gələni etməli olduğunu bildirən diplomat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin buna ən yaxşı nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər bu günün yalnız 1990-cı ilin 20 Yanvar tarixində deyil, həm də dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, hər bir azərbaycanlının ürəyində yaşadığını qeyd ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda bu gün də şəhid verdiyimizi qeyd edən çıxışçılar xalqımızın azadlıq və dövlətçilik mübarizəsində əzminin heç zaman qırılmayacağını, əksinə, daha da güclənəcəyini deyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə və sənədli filmə baxıblar.




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
“Star” zavodu üçün ilk neft Azərbaycandan göndəriləcək
21.05.2018
Serbiya Prezidenti: “Serbiya Azərbaycan üçün dost ölkədir” (Yenilənib)
21.05.2018
Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” ictimaiyyətə təqdim olunub
21.05.2018
Stolüstü tennis üzrə liqa yarışları başa çatıb
21.05.2018
Tələbələrimiz Qazaxıstanda AXC-nin yubileyi ilə bağlı tədbir keçiriblər

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info