Azərbaycan Dünya İqtisadi Forumunun indeksində 3-cüdür
Tarix: 23.01.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Davosda Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat olacaq

Dünya İqtisadi Forumunun təşkil etdiyi Davos Zirvəsi, bu gün İsveçrənin Davos qəsəbəsində başlayacaq. Qlobal iqtisadiyyat, təhlükəsizlik və ətraf mühit kimi mövzularda ortaq nəticələr istiqamətində beynəlxalq işbirliyinin müzakirə ediləcəyi 48-ci Dünya İqtisadi Forumu (WEF), 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə toplanacaq. Yanvarın 26-dək davam edəcək Davos Zirvəsi, 100-dən çox ölkədən də 3 minə yaxın iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatları nümayəndələrinə ev sahibliyi edəcək. Zirvə üçün alınası təhlükəsizlik tədbirlərinin təxminən 10 milyon dollar təşkil etdiyi açıqlanıb.
Davos sammitinə çox sayda ölkənin lideri qatılacaq. ABŞ prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, İngiltərə Baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Almaniya Baş naziri Angela Merkel, İtaliya Baş naziri Paolo Gentiloni, Hindistan Baş naziri Narendra Modi, Kanada Baş naziri Justin Trudeau, Hollandiya Baş naziri Mark Rutte, Pakistan baş naziri Şahid Hakan Abbasi, İsrail Baş naziri Binyamin Netanyahu, Yunanıstan Baş naziri Aleksis Çipras və AB Komissiya Başçısı Jean-Claude Juncker kimi liderlərin yanında İspaniya Kralı Felipe, İordaniya Kralı Abdullah və Belçika Kralı Philippe də zirvədə iştirak edəcək.
Zirvədə, beynəlxalq təşkilatlar da yüksək səviyyədə təmsil olunacaq. Bu çərçivədə yığıncaqlara BMT baş katibi Antonio Quterreş, Dünya Ticarət Təşkilatının direktoru Roberto Azevedo, IMF başçısı Christine Lagarde, Dünya Bankı Qrupu başçısı Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyi (BEA) sədri Fatih Birol, BMT Mühacirlər Yüksək Komissarı Filippo Grandi və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) direktoru William Lacy Swing də iştirak edəcək.
Qlobal miqyasda fəaliyyət göstərən çoxmillətli böyük şirkətlərin nümayəndələri də Davos sammitində iştirak edəcəklər. “Google”, “Microsoft”, “Facebook”, UPS, “ Maersk”, “Engin”, “Renault”, “Airbus”, “Total”, “Bayer”, “Deutsche Bank”, “Monsato”, “Henkel”, “Siemens”, “Volkswagen”, “Tata”, “Hitach”i, “Mitsubishi”, ING, “Alibaba”, “Huawei”, “Qazprom”, “Saudi Aramco”, “Novartis”, “Nestle”, “Barclays”, HSBC, “JP Morgan”, “Citi”, IBM, “Morgan Stanley”, “Nike”, “Pepsi”, “Pfizer”, “Procter & Gamble”, “Qualcomm”, “Soros”, “Carlyle”, “Coca-Cola”, “Goldman Sachs”, “Uber” və “Walmart” kimi əhəmiyyətli şirkətlər yığıncaqlarda yüksək səviyyədə iştirak edəcəklər. Davos sammitində Türkiyədən Baş nazirin köməkçisi Mehmet Şimşek, iqtisadiyyat naziri Nihat Zeybekci və Mərkəz Bankın başçısı Murat Çetinkaya qatılacaq.
"Parçalanan dünyada ortaq gələcək yaratmaq" adı altında təşkil ediləcək Davos sammitində 400-dən çox iclas reallaşdırılacaq. Yarıya yaxını qapalı şəkildə təşkil ediləcək tədbirlərdə, ölkələr arasındakı ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırma mövzusu müzakirə obyekti olacaq. Sammitin əsas mövzuları arasında qlobal iqtisadiyyatın vəziyyəti, təhlükəsizlik və ətraf mühit kimi başlıqlar olacaq. Yığıncaqlarda, iqtisadi inkişafın davamlılığı, ticarət, texnoloji dəyişiklik, ətraf mühitə verilən zərərlər, rifah, terrorla mübarizə, çox qütblü dünyada istiqamət tapmaq, ictimai bölünmələrin öhdəsindən gəlmək və pul siyasəti kimi sahələrdə ortaq maraqlar istiqamətində beynəlxalq iş birliyinin əhəmiyyəti müzakirə olunacaq. Davos Zirvəsinin açılışını Hindistan Baş naziri Modi, yekun çıxışı isə ABŞ prezidenti Donald Tramp edəcək.
Qeyd edək ki, ABŞ, yığıncaqlarasonuncu dəfə 2000-ci ildə o dövrün prezidenti Bill Clintonun liderliyi səviyyəsində qatılmışdı. Bu dəfə isə ABŞ hökumətinin fəaliyyət göstərməməsi ilə əlaqədar prezident Donald Trampın təmsil olunmayacağı bildirilir. Belə ki, Respublikaçılar və Demokratlar partiyaları arasında yaranan büdcə böhranı Davos sammitində iştiraka təsir edəcək. Bəzi mütəxəssislər isə büdcə böhranı ilə bağlı problemin həlli nəticəsindəTrampın Davosa gələcəyini istisna etmirlər. Ağ Evin nümayəndəsi Sarah Huckabee Sanders ötən həftə açıqlamasında Trampın “Öncə ABŞ” siyasətini dünya liderlərinə və iş adamlarına anlatmaq məqsədilə Davos sammitinə çox önəm verdiyini bildirmişdi.
Yeri gəlmişkən, Davos sammitində Ermənistan da iştirak edə bilməyəcək. “Armenianreport.com” un yaydığı xəbərə görə, dünyanın siyasi və iqtisadi elitasının bir araya gələrək strateji əhəmiyyət kəsb edən məsələləri, mövcud çağırışları müzakirə etdiyi platformada Ermənistan təmsil olunmur: “Ermənistan forumda sonuncu dəfə 2009-cu ildə iştirak edib. Deməli, Ermənistanın forumda deməyə sözü olmadığı üçün artıq 9 ildir ki, dalbadal sammitin işində təmsil olunmur. Problem ondadır ki, Davosa toplaşan siyasi liderlərin, biznes-elitanın danışmağa sözü olduğu kimi, onları dinləmək istəyənlərdə var. Dünyanın iqtisadi həyatında nə baş verdiyini onlardan dinləmək istəyirlər. Görünür, Ermənistanın deməyə sözü yoxdur, ən pisi isə odur ki, heç kim onu dinləmək istəmir”.
Davosda "Bakı Ekspo-2025" təbliğ ediləcək
İsveçrənin Davos şəhərində Bakının “Ekspo-2025” (WorldExpo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi ilə əlaqədar təqdimat keçiriləcək. Rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov tərəfindən həyata keçiriləcək. E.Əmirbəyov Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verəcək. E.Əmirbəyov təqdimatla bağlıbildirib: "Biz "Bakı Ekspo-2025" təqdimat mərasimini biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davos Dünya İqtisadi Forumunda keçirməkdən çox məmnunuq". Azərbaycanın “Ekspo-2025” üzrə təqdim etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim edilən üçaltmövzu - İstedad, Sağlamlıq və Nailiyyət - Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir. "Bakı Ekspo-2025" cəmiyyətin hərbir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq. Qeyd edək ki, Yekaterinburq və Osaka şəhərləri “Ekspo-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Bakının rəqibidir.
Onu da qeyd edək ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edir.
NigarAbdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb
18.09.2019
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18.09.2019
Xəzərdə “Quba“ adlı yeni gəmi istismara veriləcək
18.09.2019
“Akıncı“ ilk uçuşunu oktyabr ayında reallaşdıracaq
18.09.2019
Hakim ştatlarının sayı 200 vahid artırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info