Erməni deputatın Gürcüstana daxil olmasına qadağa qoyulub
Tarix: 23.01.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Gürcüstan sərhədçiləri Ermənistan müxalifət partiyasının lideri, İrəvan Ağsaqqallar Şurasının üzvü Zaru Postandjyanın ölkə ərazisinə daxil olmasını qadağan ediblər.
Xatırladaq ki, erməni müxalifətinin nümayəndəsi «Bavra» keçid məntəqəsindən keçə bilsə də, Gürcüstanın «Ninotsminda» nəzarəti məntəqəsinin əməkdaşları Zaru Postandjyanın Gürcüstana girməsinə qadağa qoyulduğunu elan etdilər. Postandjyan mərbuata açıqlamasında deyib ki, Gürcüstan ərazisinə daxil olma qadağasının səbəblərini aydınlaşdırmağa çalışır. O, qeyd edib ki, keçid məntəqəsində ona hər hansı bir cinayətdə iştirakı və ya hər hansı bir infeksiya daşıyıcısı olub-olmaması ilə bağlı sual ünvanlayıblar. Qarşı tərəf isə Postandjyana hər hansı bir məlumat vermədən "qanunla nəzərdə tutulmuş digər hallar"la bağlı sənəd göstərib. Qeyd edilməlidir ki, Zaru Postandjyan "Erkir sirani" partiyasının təşəbbüsü ilə Gürcüstanda ermənilərin kompakt yaşadığı Axalkalaki bölgəsinə gedirmiş. Məqsəd "bütün ermənilərin üsyanı"nı təşviq etməkdir. Təxminən iki ay əvvəl partiya üzvləri ilə birlikdə həmin bölgəyə səfər edən erməni xanım deputat heç bir insidentlə qarşılaşmayıb. Bir daha xatırlatmağa dəyər ki, hələ 2015-ci ildə Tbilisidə erməni kilsəsinin açılış mərasimi zamanı Zaru Postandjyan öz tərəfdarları ilə etiraz aksiyası keçirmişdi. Postandjyan özü də Gürcüstan tərəfinin məhz Ermənistan hakimiyyətinin xahişi ilə onun bu ölkəyə daxil olmasına qadağa qoyduğunu düşünür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info