“Zeytun budağı” əməliyyatı: Aziz bölgəsindən yeni cəbhə açılıb
Tarix: 23.01.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Ərdoğan:
“Afrin əməliyyatı ilə bağlı ABŞ-ı razı sala bilmədik, Rusiya ilə razılaşma əldə edildi”
Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adı altında antiterror əməliyyatı keçirir. Bütün dünyanın diqqətınin yönəldiyi bu əməliyyatın Ankara üçün böyük əhəmiyyəti var.
Rəsmi məlumata görə, “Zeytun budağı” əməliyyatı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və “İŞİD” qruplaşmalarını zərərsizləşdirmək məqsədi ilə həyata keçirilir. Bu bölgədəki terrorçu qruplaşmalar təkcə Türkiyə üçün yox, Suriyanın yerli əhalisi, eləcə də regionun digər ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Çoxsaylı faktlar əsasında bildirilir ki, xüsusilə PYD-YPG və “İŞİD” terror qruplaşmaları qadınları və azyaşlıları müxtəlif vasitələrlə, o cümlədən zor gücünə öz sıralarına qatmaqda davam edir. Bildirilir ki, “İŞİD” qüvvələrinin hazırda ən sıx yerləşdiyi məntəqə Afrin bölgəsidir. Ən son məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələri və artilleriyası terrorçu qrupların düşərgə, anbar və döyüş nöqtələrinə dəqiq zərbələr endirib. Nəticədə antiterror əməliyyatının ilk iki günündə PYD-YPG-yə məxsus 108 hədəf məhv edilib. Terrorçu hədəflərinin vurulmasında iştirak edən 72 qırıcı aerodromlara qayıdıb və bu prosesdə yerli mülki əhali arasında tələfat olmayıb. Artıq 11 kənd terrorçulardan azad edilib, ordu Afrinin mərkəzinə 7,5 km yaxınlaşıb. “Fırat qalxanı” əməliyyatı ilə azad edilən Aziz bölgəsindən əməliyyata başlamaqla həm Afrindəki terrorçular muhasirəyə alınır, həm də yeni cəbhə açılıb. Türkiyənin dəstək verdiyi Müstəqil Suriya Ordusu Membiç istiqamətində terrorçularla vuruşur. Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib. Raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçikmiqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub. Elə həmin gün günorta saatlarında isə Suriya ərazisindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Nəticədə 4-ü ağır olmaqla 46 vətəndaş yaralanıb. Təkcə bu iki fakt deməyə əsas verir ki, əgər Türkiyənin dövlət sərhədi qonşuluğunda terrorçu qrupların möhkəmlənməsinə imkan versə, bu, yaxın gələcəkdə böyük fəsadlara yola aça bilər. Türkiyə tərəfi antiterror əməliyyatı aparılan bölgədə mülki əhaliyə dəyə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün də ciddi tədbirlər görməkdədir. Əməliyyatların başladığı bir vaxtda Türkiyə Qızıl Ay Cəmiyyəti Suriya ilə sərhəd bölgələrdə düşərgələr salıb. Türkiyə tərəfi yaranmış vəziyyətlə bağlı region ölkələri ilə bərabər, bölgədə maraqları olan tərəflərlə də müzakirələri davam etdirir. Xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər. Bundan başqa, əməliyyat barədə Suriya hökumətinə yazılı şəkildə məlumat verilib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusu Akar arasında telefon danışığı olub. Telefon söhbəti zamanı generallar terrora qarşı birgə mübarizə istiqamətində aparılan hərbi əməliyyatları müzakirə ediblər. İran mətbuatının məlumatına görə, telefon danışığı zamanı, əsasən, Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinə daxil olması müzakirə edilib.

Lavrov:
"ABŞ ya Suriyadakı vəziyyəti anlamır, ya da təxribatla məşğuldur"
ABŞ-ın dövlət katibi Reks Tillerson telefonla Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla Suriyanın Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə edib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib. “Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olduqca narahat edir”-deyə X.Nauert vurğulayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dünən yəmənli həmkarı Əbdülmalik Abdülxalil əl-Mexlafi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ hərəkətləri onu göstərir ki, onlar Suriyadakı vəziyyəti ya anlamır, ya da bilərəkdən təxribat törədirlər. ABŞ-ın Suriyadakı fəaliyyətini tənqid edən Rusiya XİN başçısı bildirib ki, ABŞ Suriyada baş verənləri ya başa düşmür, ya da bilərəkdən təxribat törədir: "ABŞ tərəfindən Suriyanın Türkiyə və İraqla sərhəd xətti boyu təhlükəsizlik qüvvələri yaradılması bilərəkdən törədilən təxribat ola bilər. Daha sonra inkar etsələr də, faktlar sərhədləri nəzarətə götürməklə bağlı bu fəaliyyətin davam etdirildiyini göstərir. Bu, ya vəziyyətin başa düşülməməsi, ya da düşünülmüş təxribatdır".

Peskov:
"Suriya və Türkiyə ilə təmasdayıq"
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya Türkiyənin Afrindəki hərbi əməliyyatını diqqətdə saxlayır. Moskva Suriya və Türkiyə nümayəndələri ilə təmasdadır. O, əvvəlki kimi, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını əsas hesab etdiklərini söyləyib: "Sözsüz ki, Afrin rayonunda baş verənlərlə əlaqədar humanitar vəziyyəti də diqqətlə izləyirik". Peskov Moskvanın Türkiyə Hərbi Qüvvələrinin əməliyyatı ilə bağlı əvvəlcədən xəbərdar olunması haqda suala isə cavab verməyib. O, Fransanın Afrin əməliyyatının BMT Təhlükəsizlik Şurasında müzakirə etmək təklifini ikili standart kimi dəyərləndirib.

İdlibdə "Cəbhət ən-Nüsra"ya qarşı hərbi əməliyyat başlayıb
Bu arada Suriya hökumət qüvvələri tərəfindən İdlib əyalətinin şərqində "Cəbhət ən-Nüsra" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda 1500-dən çox terrorçunun mühasirəyə alındığı bildirilir. İdlib əyalətində irimiqyaslı əməliyyatlar yanvar ayının əvvəlindən başlanıb. Artıq 24 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Ekspertlər bunu Türkiyə-Rusiya razılaşması kimi dəyərləndirirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Mixail Mizintsev ABŞ-ın Suriyada yürütdüyü siyasәtә diqqәt çәkib
19.09.2019
ABŞ-in Federal Ehtiyatlar Sistemi baza faiz dərəcəsini aşağı salıb
18.09.2019
İbrahim Kalın Avropa ölkәlәrini tәnqid etdi
18.09.2019
Rəcəb Tayyib Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18.09.2019
Səudiyyə Ərəbistanı Kralı açıqlama verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info