Bu il Oğuzda barama istehsalının 4 tona çatdırılması nəzərdə tutulur
Tarix: 23.01.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Ötən il oğuzlu kümçülərə 80 qutu, yəni 1556 qram ipəkqurdu paylanılıb. Mövsüm ərzində rayonda 2 ton 524 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Cari ildə isə rayonda yaş barama istehsalının 4 tona çatdırılması planlaşdırılır. Bu barədə AZƏRTAC-a Oğuz Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib. Qurumun rəsmisi bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi oğuzlu fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Baramaçılığın inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin payız, 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 86 min tut tingi əkilib. Əkilən tinglərin 53 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli tinglərdir. Yeni salınan bağların məhsuldarlığı artdıqca, rayonda barama istehsalının daha da çoxalacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info