Kəskin soyuqlar Qazaxıstanda problemlər yaradıb
Tarix: 23.01.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtında və ölkənin şimal əyalətlərində son illərin ən şaxtalı hava şəraiti hökm sürür. Temperatur bir çox bölgələrdə mənfi 50 dərəcədən də aşağı düşüb. Bu səbəbdən Akmola, Karaqanda, Kostanay, Şərqi və Şimali Qazaxıstan vilayətlərində, o cümlədən paytaxt Astanada şəhər meriyasının qərarı ilə məktəblərdə, liseylərdə və universitetlərdə dərslər dayandırılıb. Yerli hakimiyyət orqanlarının qərarı ilə hava şəraiti normallaşana qədər vətəndaşların dizel yanacağı ilə işləyən avtomobillərdən istifadəsinə qadağa qoyulub. Akmola vilayətində üç nəfər şaxtadan donaraq ölüb. Ərazisinin böyüklüyünə görə Qazaxıstanda eyni fəsildə müxtəlif iqlim şəraiti mövcud olur. Belə ki, ölkənin şimal əyalətlərində möhkəm şaxtaların hökm sürdüyü bir vaxtda bəzi cənub əyalətlərində qış fəsli üçün xarakterik olan normal hava şəraiti müşahidə edilir. Qazaxıstan Meteorologiya Baş İdarəsi anomal soyuqların yanvarın 26-dək davam edəcəyini bildirib və ciddi zərurət olmadığı hallarda vətəndaşlara açıq havaya çıxmamaqla bağlı xəbərdarlıq edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
19.09.2020
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
19.09.2020
Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!
19.09.2020
Prezident: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
19.09.2020
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info