Çexiyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 23.01.2018 | Saat: 11:49:00 | E-mail | Çapa göndər


Çexiyanın Brno şəhərindəki Masarik Universitetinin pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Masarik Universitetinin professoru Azər Kərimov çıxış edərək 1990-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycanda silahsız əhaliyə qarşı amansız qırğın törədilib. Nəticədə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb. Tarixə qara hərflərlə yazılan 20 Yanvar hadisələri zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş insanların xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman əziz tutulur.
Dəfələrlə Azərbaycanda olmuş, ölkəmizi yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan Meznik, Tomas Cermak və başqaları tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən danışıb, Azərbaycan xalqının şücaətindən bəhs ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info