“Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur”
Tarix: 23.01.2018 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Türkiyənin heç kimin bir qarış torpağında gözü yoxdur.
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.
"Əməliyyatı keçirməyimizdə əsas məqsəd Suriya xalqının təhlükəsizliyini təmin etmək, Suriyanın ərazi bütövlüyünün qorunmasına kömək etməkdir. İdlib və Afrində sülh və təhlükəsizlik bərpa edildikdən sonra, yüz minlərlə suriyalı qardaşlarımız öz evlərində rahat yaşaya biləcəklər. Region və Türkiyə üçün terror təhdidi aradan qaldırılmayanadək, insanların sülh içində yaşamaları üçün şərait yaradılanadək əməliyyatlarımız davam edəcək. Və Türkiyə bununla bağlı heç kimdən icazə almamalıdır", Türkiyə prezidenti vurğulayıb.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
“O riyakar ölkələr Ermənistanın Azərbaycan toraqlarına qarşı hücumlarının qarşısını almaq üçün addım atmırlar”
21.09.2020
Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
21.09.2020
KTMT Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir
19.09.2020
Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
17.09.2020
Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info