“Astara-Astara dəmir yolu xətti açılış üçün hazırdır”
Tarix: 23.01.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


İran və Azərbaycan tərəfi Rəşt-Astara dəmir yolu layihəsini birgə maliyyələşdirmək üçün müqaviləni gələn ay imzalayacaq. Bunu İranın Dəmir Yolları İdarəsinin nəqliyyat, proqramlaşdırma və iqtisadi məsələlər üzrə rəis müavini Nurullah Biravənd deyib.
 
N.Biravənd deyib ki, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi haqqında razılıq əldə olunub və  bu layihənin maliyyələşdirilməsinə dair sənəd fevral ayında imzalanacaq. “Bu müqavilə orta müddətli fəaliyyət planlaşdırmasını əhatə edəcək. Azərbaycan Respublikası bu layihəni maliyyələşdirəcək və əlbəttə Rəşt-Astara layihəsinin sonrakı xərcləri İranın üzərindədir”.
 
N.Biranvənd deyib ki, Rəşt- Astara dəmir yolu layihəsi Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşməsi və eləcə də Cənub-Qərb nəqliyyat dəhlizi üçün önəmlidir. “Müqavilə imzalandıqdan sonra tender keçiriləcək və ticari müqavilə imzalanacaq. 2-3 ay sonra isə  layihənin icrasına başlanacaq”.
 
O, Astara-Astara dəmir yolu layihəsi ilə bağlı da məlumat verib: "Astara-Astara layihəsi ayrıca bir layihədir ki, bu layihə üçün də maliyyələşdirmə və icra müstəqil şəkildə davam etdirilir. Astara-Astara layihəsində Azərbaycan Astara stansiyasına birbaşa investisiya yatırıb və bütün məsuliyyət də Azərbaycan tərəfinin üzərindədir”.
 
N.Biravənd əlavə edib ki, İran Astara-Astara layihəsi çərçivəsində 15 il müddətinə istifadə icazəsini Azərbaycan tərəfinə verib: "Azərbaycan tərəfi İranın dəmir yolu yük daşımaları şəbəkəsi ilə il ərzində 2 milyon ton yükü həyata keçirməklə bağlı öhdəlik götürüb. Astara-Astara dəmir yolu xətti açılış üçün hazırdır. İndi Azərbaycan tərəfinin  koordinasiya işlərinin yekunlaşdırmasını gözləyirik. Düşünürəm ki, yaxın 2-3 həftə ərzində bu dəmir yolu üzrə ilk qatar hərəkət edəcək".




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18.09.2019
Azərbaycandan İsrailə ixracın dəyəri 91,6 milyon dollar artıb
18.09.2019
“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib
18.09.2019
İndi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info