BANM-in tələbələri neft və qaz qazma sahəsində təcrübələrini artıracaqlar
Tarix: 23.01.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors-IADC) nümayəndə heyəti ilə görüşüb. BANM-dən bildirilib ki, IADC-nin əməliyyat təhlükəsizliyi üzrə idarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə təmsilçi Hişam Zebian, assosiasiyanın Xəzər hövzəsi üzrə komitəsinin sədri, SOCAR AQŞ-də quyu meneceri Qraham Klark və SOCAR AQŞ-nin layihə meneceri Şəbnəm Məmmədova ilə keçirilən görüşdə müəssisələr arasında yaranmış münasibətlər və davamlı əməkdaşlığın müəyyən istiqamətləri müzakirə olunub. Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti barədə məlumat verən E.Qasımov bu əməkdaşlığın BANM-in kadr hazırlığına müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Görüşdə, həmçinin BANM-ın tələbələrinin IADC-nin Azərbaycanda yaradılan yeni bölməsinin fəaliyyətindən hansı istiqamətlərdə yararlana biləcəkləri haqqında danışıqlar aparılıb.
Sonra BANM-ın tələbələri ilə keçirilən görüşdə M.Denkovski IADC və onun fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı IADC-nin fəaliyyət istiqamətləri, ötən il üzvlük statistikası, assosiasiyanın strategiyası və mövcud layihələri, təlim proqramları və s. barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, tələbələr assosiasiyaya üzv olmaqla neft və qaz qazma sahəsində təcrübələrini əhəmiyyətli dərəcədə artıracaqlar.
Qeyd edək ki, 1940- cı ildən etibarən fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC qeyri-kommersiya təşkilatıdır. Qurum neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlərlə məşğul olan 1600 üzv müəssisəni özündə birləşdirir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info