Sahibkarlara 5000-ci lisenziya verilib
Tarix: 23.01.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində sayca 5000-ci lisenziya verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəd nazirliyin və "ASAN xidmət" mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə "AMAL+A" MMC-yə təqdim edilib. "AMAL+A" MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə dövlət başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.
İndiyədək verilmiş lisenziyalar əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.


Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
21.09.2020
Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info