ADPU-da payız semestrinin imtahan sessiyası davam edir
Tarix: 23.01.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, yanvar ayının 4-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması universitet rəhbərliyinin diqqət mərkəzindədir. Qeyd edək ki, gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir. İmtahanlar hər gün vaxtında başlayır, imtahan prosesi yaxşı təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman, şəffaflıq təmin edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Tələbələr onlar üçün yaradılmış şəraitdən istifadə edərək sərbəst və rahat şəkildə imtahan verirlər. Payız semestrinin imtahan sessiyasının əyani təhsil forması üzrə yanvarın 5-dən fevralın 1-dək, qiyabi təhsil forması üzrə isə yanvarın 5-dən 18-dək keçirilməsi nəzərdə tutulub.
Magistratura təhsili səviyyəsində magistrantların imtahanları yazılı şəkildə aparılır. Hər iki təhsil səviyyələrinin əyani və qiyabi təhsil formaları üzrə imtahanlar İmtahan, monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilib və təsdiqlənmiş xüsusi cədvəl əsasında təşkil olunur. İmtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq, vaxt ayrılır. İmtahanlar əvvəlcədən təyin edilmiş auditoriyalarda keçirilir.
İmtahan Qərargahının rəhbəri, dosent Rasim Şükürovun verdiyi məlumata görə, bugünədək 50 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 47-si yazılı qaydada verilən imtahanlardan, 3-ü isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 50 müraciətin 41-i tələbələrin xeyrinə həll edilib, 4 nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. 2-i müraciət isə araşdırılır. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 3 müraciətin 2-si tələbələrin xeyrinə həll edilib, 1 müraciət isə əsassız sayılıb.
Apelyasiya Komissiyasının sədri, dosent Zahir Kazımovun verdiyi məlumata görə, bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 830 müraciət daxil olub. Daxil olan müraciətlərin 25%-i tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı isə 18 müraciət daxil olub. Müvafiq araşdırmalar nəticəsində həmin müraciətlərin 2-i tələbələrin xeyrinə həll edilib, digər müraciət edən tələbələr isə öz imtahan nəticələri ilə razılaşıblar. İmtahan zamanı davranış qaydalarına əməl etməyən, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir.
Universitetdə imtahan zamanı qarşıya çıxan çətinliklərin həlli üçün lazımi addımlar atılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da şəffaflıq və obyektivlik təmin edilir, tələbələr imtahanda göstərdikləri nəticələrə görə qiymətləndirilirlər. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilir. Universitetdə fəaliyyət göstərən İctimai Şura imtahan prosesinə nəzarət edir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi rektorun diqqət mərkəzindədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info