“Azəriqaz” qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 min 575 texniki şərt verib
Tarix: 23.01.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Ötən il “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4 min 575 ədəd texniki şərt verilib.
Keçən il “Azəriqaz” layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 4 min 575 ədəd texniki şərt verilib. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 110 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülüb. Ötən il ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 5 min 391 layihə-smeta sənədi hazırlanaraq, birliyə və digər sifarişçilərə təhvil verilib. Bunun da 264 kənd və qəsəbələrin qazlaşdırılması, 549 obyektlərin təmiri, 4 min 575 sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 3 inzibati binalar, anbar binaları və sair tikinti işləri üzrədir.
2017-ci il ərzində 184 ədəd fiziki və hüquqi şəxslərin müraciətləri əsasında hazırlanan qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bundan başqa, ötən il 495 ədəd birliyin sifarişi ilə hazırlanmış layihə-smeta sənədi razılaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info