Holokost zamanı yəhudiləri xilas etmiş diplomatlar anılıb
Tarix: 23.01.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrail səfirliyinin birgə təşkil etdiyi "Holokost həftəsi" çərçivəsində ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” adlı sərgi keçirilib.
 
29 posterdən ibarət sərgi Avropada yəhudilərin həyatlarını xilas edən, dünyanın müxtəlif ölkələrindən olan 10 diplomata həsr olunub.
 
Sərginin açılışında çıxış edən İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rosenberq bildirib ki, 1993-1941-ci ildə nasist Almaniyasının yəhudilərə qarşı soyqırım siyasəti həyata keçirdiyi dövrdə dünyanın müxtəlif ölkələrindən 34 diplomat günahsız insanlara kömək edib: “Onlar öz vəzifə səlahiyyətlərini aşaraq minlərlə yəhudinin həyatlarını xilas ediblər. Bununla bağlı İsrailin baş naziri Benyamin Netanyahu fevral ayında İsrail Xarici İşlər Nazirliyində həmin diplomatla həsr olunmuş xatirə lövhəsinin açılışını edəcək”.
 
Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib ki, həmin diplomatlar öz dövrlərindən insanların həyatını xilas etmək üçün çox qiymətli iş görüblər. Onun sözlərinə görə, insanlar arasında qəzəbin yayıldığı bir vaxtda bu kimi tədbirlərin təşkili sülh, tolerantlıq və birgə yaşama kimi dəyərlərin təbliği baxımından çox vacibdir.
 
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov çıxışında əlavə edib ki, BMT tərəfindən elan edilən “Holokost günü”nun builki mövzusu təhsilidir. O bildirib ki, təhsil zorakılığın bütün növlərinə qarşı mübarizədə ən vacib yoldur və bu hər kəsin bu sahənin inkişafında birgə işləməsini zəruri edir. 




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info