“2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keyfiyyət dəyişikliyi olub”
Tarix: 23.01.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ötən gün keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Mübariz Əhmədoğlu deyib ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov ötən ilin sonlarına dair keçirdiyi mətbuat konfransında erməniləri əzən bəyanat verdi. O qeyd edib ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinin bir sənədlə mümkün olmadığını dedi və mərhələli həll planından danışdı. Bu, Ermənistanı əzən bəyanatdır.
Politoloq deyib ki, ötən il ərzində Rusiya həm ədalətli, həm ermənipərəst mövqe tutub. ABŞ isə mövqeyini Azərbaycanın xeyrinə dəyişib.
Politoloq bildirib ki, ATƏT-in Minsk qrupu fəaliyyətini bu cür davam etsə, azərbaycanlıların ayağı Qarabağa dəyəcək. O qeyd edib ki, 2017-ci ildə münaqişənin tənzimlənməsi ilə bağlı keyfiyyət dəyişikliyi olub. Digər tərəfdən Ağdərə faktoru yaranıb.
Politoloqun sözlərinə görə, həmçinin münaqişənin nizamlanması ilə bağlı Rusiyanın mövqeyindəki inhisarçılığa son qoyulub.
Politoloq əlavə edib ki, Azərbaycan aprel döyüşləri zamanı Ağdərədə götürülən ərazidə şəhərcik salmağa başlayıb. Bu o deməkdir ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində iş aparır.
Politoloq deyib ki, Ağdam, Kəlbəcər və digər ərazilər nə qədər Azərbaycan ərazisidirsə, Şuşa və Dağlıq Qarabağa daxil olan digər ərazilər də o qədər hüquqi Azərbaycan torpağıdır.
M. Əhmədoğlu əlavə edib ki, Prezident Ağdərədə aparılan işləri inkişaf etdirir və buna xüsusi diqqət yetirir: “Lakin Ağdərə məsələsinə tək tikinti prizmasından yanaşmamalıyıq. Çünki bu ərazinin strateji əhəmiyyəti də var”.
Politoloq deyib ki, Ağdərə faktoru çox vacibdir və biz oradan Kəlbəcərə çıxa bilərik.
Onun sözlərinə görə, 2017-ci ilin sonlarına yaxın Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu və ATƏT-in Minsk qrupu bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində keyfiyyət dəyişikliyi kimi qiymətləndirdi.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi dəyişib”
Mübariz Əhmədoğlu əlavə edib ki, ötən il Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının sammiti çərçivəsində qəbul edilmiş bəyanatda münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu deyildi.
Politoloq deyib ki, Aİ əvvəlki sənədlərdə Gürcüstan, Moldova kimi dövlətin ərazi münaqişələrindən danışırdısa, artıq sonuncu sənəddə ərazi bütövlüyü məsələsini ön plana çəkdi.
Politoloq əlavə edib ki, ötən il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın mövqeyi dəyişib. M. Əhmədoğlu bunu strukturlaşmış mövqe adlandırıb.
O qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistanın xeyrinə heç bir fikir səsləndirmədi: “Əksinə, diplomat Ermənistanı Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salmağa çağırdı. R.Mills bu halda ölkəsinin Ermənistana maliyyə ayıracağını dedi”.
Politoloq əlavə edib ki, ABŞ-ın Minsk qrupundakı həmsədri Endryu Şefer münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun şərtlər irəli sürdü.
M. Əhmədoğlu əlavə edib ki, ABŞ-ın mövqeyi Azərbaycanın xeyrinə dəyişmiş mövqedir. O hesab edir ki, ABŞ Rusiyanın inhisarçı mövqeyinə son qoydu: “Hətta bir-iki il əvvəl amerikalı və fransız diplomatlar Rusiyanın bu məsələdə üstün olduğunu təsdiqləmişdilər. Lakin Rusiya ötən ilin birinci yarısında bu mövqeyindən istifadə edə bilmədi. Rusiyalı diplomatlardan biri mətbuata sızdırdı ki, Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü Rusiya XİN təşkil edəcək. Lakin Rusiya XİN bunu təkzib etdi".
Politoloq əlavə edib ki, Rusiya qorxur ki, ABŞ Qafqazda Azərbaycan mərkəzli siyasət aparacaq.
Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarında həmsədr vəzifəsini icra edən Levent Bilman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Görüş barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd edilir ki, görüş zamanı münaqişələrin nizamlanması mövzusuna toxunulub: "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə danışıqlarına xüsusi diqqət ayrıldı".
Məlumata görə, tərəflər, eləcə də münaqişələrin qarşısının alınmasında BMT-nin iştirakı ilə sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.

“Sarkisyan baş nazir olmaqla bağlı narazılıq edərsə, həqiqətən, təəccüblənərəm”
Rusiyalı ekspert Modest Kolerov isə hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan apreldən ölkəsinin baş naziri postunda olacaq.
“Joxovurd” qəzetinə açıqlama verən Kolerov Rusiyanın bununla bağlı Ermənistandan aydın siqnallar aldığını deyib: “Sarkisyan baş nazir olmaqla bağlı narazılıq edərsə, həqiqətən, təəccüblənərəm. Bu Sarkisyanın istefasına bərabər olacaq”.
Ermənistanın parlamentli respublika idarəetmə sisteminə keçməsi ilə bağlı fikir bildirən ekspert qeyd edib ki, praktiki olaraq prezidentin funksiyaları formal xarakter daşıyacaq. Prezidentin rolunun dəyəri sıfır olacaq.
Kolerov əlavə edib ki, hazırkı baş nazir Karen Karapetyan haqqında “Rusiyanın adamı” ifadəsi istifadə edilir: “Lakin Ermənistanda heç bir rəsmi fiqur bu barədə bir şey danışmır”.

“Armtimes”:
“2016-cı ilin aprel ayında erməni hərbçiləri görünməmiş itkiyə məruz qaldı”
Ermənistanda cərəyan edən proseslərlə bağlı “Armtimes” saytında məqalə ilə çıxış edən Lilit Avakyan yarızarafat-yarıgerçək yazır ki, Ermənistana, ümumiyyətlə, prezident lazım deyil. Prezidentlik institutu onsuz da güc-bəla ilə doldurulan Ermənistan büdcəsinə əlavə yükdür. Sarkisyanın prezident olduğu dövrdə prezidentin lazımsız vəzifə olduğu bütün çılpaqlığı ilə özünü göstərdi.
Müəllif qeyd edir ki, taleyüklü məsələlərin həlli zamanı prezident ya ölkədə olmayıb, ya da susub: “2015-ci ilin yanvarında Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov Avetisovlar ailəsinin bütün üzvlərini güllələdi. Bütün xalq ayağa qalxdı, polislə əhali arasında qarşıdurma yarandı, bir çoxları həbs olundu. Xalqın yeganə tələbi bu idi ki, cani Ermənistanda mühakimə olunsun. Lakin yenə də prezident S.Sarkisyandan səs çıxmadı. Prezident nəinki başsağlığı vermədi, heç cinayəti qınamadı da, sanki belə hadisə baş verməyib. 2016-cı ilin iyun ayında silahlılar Yerevandakı polis şöbəsinə hücum edib, oranı tutanda da dövlət başçısından səs çıxmadı. Bütün dünya Yerevanda baş verən silahlı insidentdən danışdı, amma ölkə prezidenti bir kəlmə də olsun danışmadı. Həmin vaxt ictimaiyyəti baş vermiş silahlı hadisədən daha çox prezidentin susması maraqlandırırdı. İnsanlarbir-birlərinəsualverirdilər: “Görəsən, prezident niyə susur?”
2016-cı ilin aprel ayında da prezident susdu. Həmin vaxt Azərbaycan Ordusu Lələtəpəni və Cocuq Mərcanlını azad etdi və erməni hərbçiləri görünməmiş itkiyə məruz qaldı. Yenə də bütün dünya cəbhə xəttində baş verən hadisələrdən danışdı. Lakin prezident və silahlı qüvvələrin ali baş komandanı aprel döyüşlərinə münasibət bildirmədi. Çünki S. Sarkisyanın deməyə sözü yox idi. Məhz onun apardığı siyasət nəticəsində Ermənistan bu günə düşüb”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
21.05.2018
“Laçının işğalı Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi”
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9305

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info