Virtual həmrəylik strategiyası
Tarix: 23.01.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər
Fuad HÜSEYNZADƏ |

Hazırda internet dünyanın nizam-intizamını ictimai-siyasi olaraq tamam dəyişib. Virtual aləm dünya içində bir dünya olub. Artıq istər fərdi, istərsə də ümumi ictimai fəaliyyətlər də yeni dövrün tələblərinə uyğun qurulmalıdır. Bu baxımdan dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür. Xüsusən, xaricdə yaşayan soydaşlarımız, Azərbaycan diasporunun inkişafında və xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor nümayəndələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çevik addımlar atmalıdırlar. Əlbəttə ki, bu baxımdan internetin gücündən istifadə edilməsi vacib amildir. Əsasən də sosial medianın əhəmiyyəti daha böyükdür. Xaricdəki soydaşlarımız sosial mediada kifayət qədər aktivdirlər. Lakin bu işdə də həmrəyliyə ehtiyac var. Xaricdə yaşayan həmvətənlərimiz sosial mediada həmrəylik nümayiş etdirərək aktiv olarsa, Azərbaycan həqiqətləri dünyaya daha çox yayılar.
Biz 27 ildir Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü 31 dekabrda qeyd etməklə real həmrəy olmağa çalışırıq. Müasir dövrdə elə bu günün əhəmiyyət və effektivliyini daha da gücləndirmək üçün virtual həmrəyliyimizi artırmalıyıq. Virtual həmrəylik dünya azərbaycanlıları üçün çox önəmlidir. Bu,zamının tələbi və hər hansı fəaliyyətin təsir gücünü artırmaq üçün strateji keçiddir. Azərbaycanın xaricdə təbliğat və tanıtımını aparmaq üçün əsas taktiki yolların internet üzərindən görülməsinə ehtiyac var. Bunun üçün də heç də xaricdə yaşayıb diaspor olmağa ehtiyac yoxdur. Virtual məkana daxil olub təbliğat aparanların hamısı elə “virtual diaspor”dur.
Mən hər zaman vurğulayıram ki, diasporun strategiyası bəllidir – bu təbliğatdır. Bu strategiyanı həyata keçirmək üçün taktiki yollar zamana görə dəyişməlidir. Bu gün bu taktikada internet üzərindən olan layihələrə üstünlük verilməlidir. Bu həm də bizim informasiya müharibəsində gücümüzü artırmış olar.
Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyidir. Bunlarla bağlı tədbirlərin keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindənsərəncamlar imzalanıb. Hər iki tarixi hadisənin 100 illiyi adı altında xaricdəki soydaşlarımız virtual tanıtım kampaniyaları keçirib öz potensiallarını ortaya qoya bilərlər.
Bu gün Azərbaycanla bağlı yeni brendlərin yaradılması da vacib amildir. Bu, xaricdəki soydaşlarımıza ölkəmizin tanıtımının aparılması işində əhəmiyyətli rol oynayır. Amma, hər halda, mövcud brendlərdən də istifadə etmək olar. Hazırda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalı və xarici ölkələrə satılmasının təşviqidir. “Made in Azerbaijan” brendi altında xaricdəki beyin məhsullarımız da nəzərdə tutulmalıdır. Bu gün xaricdə öz unikal ixtiraları ilə özünəməxsus yer tutan soydaşlarımız var. Həmin insanları üzə çıxarıb“Made in Azerbaijan” brendi altında təbliğ etmək olar. Ümumiyyətlə isə “Made in Azerbaijan” brendinin virtual təbliğatını gücləndirib dünya gündəminə çıxarmaqla daha effektiv nəticə əldə etmək olar.
Ənənəvi tədbirçilikdən çıxıb virtual tədbirlərə keçid etməyin bir neçə faydası var. Əvvəla, dünyanın dörd bucağında yaşayan soydaşlarımız bir-birlərini heç bir məsafə qət etmədən tanıyırlar. İkincisi, tədbirlərin məsrəfsiz keçirilməsidir. Xaricdəki bir çox soydaşlarımız hər hansı şəhərdə tədbir keçirilərkən ora getmək üçünyolxərci və vaxtın olmamasını əsas gətirirlər. İnternet üzərindən olan tədbirlərdə isə bu xərclər, demək olar ki, sıfıra enir. Bu formalı layihələr daha tez ictimai effekt verir. Ayrıca, belə layihələr keçirildikcə soydaşlarımızda bir-birinə inam və etimad daha da artacaq. Bu da təbii şəkildə sonda elə soydaşlarımızı virtual həmrəyliyə aparacaq.Lakin bu işlərdə hər hansı soydaşımızdan çeviklik tələb olunur. Ən əsası da hər kəs bunu bir könül işi bilməlidir. Bu gün hər birimiz özümüzü informasıya müharibəsinin əsgərləri bilməliyik.
Mən bu istiqamətdə işlərin təkcə yazmağı ilə deyil, həm də praktiki olaraq icrası ilə də məşğul oluram. Hətta biz bir neçə könüllü virtual layihələr edərək ölkəmizdə ilklərə imza atmışıq. Bunlardan aldığımız mənəvi zövq bizi yeni layihələr keçirməyə sövq edir.




 
Müəllifin son yazıları

28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
04.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
21.09.2015 Radikalların dözümsüzlüyü
17.08.2015 Sosial şəbəkə vərdişləri
22.07.2015 Mediamızın yeni yol xəritəsi

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info