Erməni rəhbərinin “parlaq“ tapıntısı
Tarix: 27.01.2018 | Saat: 21:01:00 | E-mail | Çapa göndər



Ermənistanın Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov partiyanın icra komitəsinin keçirdiyi icladan sonra ölkədə qiymət artımının nəticələrinin azaldılmasına yönəldilən ilk addımların atıldığını və Serj Sərkisyanın sərəncamına əsasən fermerlərə dizel yanacağının qiymət artımı ilə bağlı subsidiyalar veriləcəyini bildirib. Şarmazanov bunu Ermənistandakı qiymət artımının nəticələrini azaltmağa yönəlmiş ilk addım hesab etsə də, əslində erməni prezidentinin belə bir addımının ölkədəki inflyasiyanın nəticələrini daha da ağırlaşdıracağını bəlkə də başa düşmür.
“Lakin məsələ bundadır ki, Serj Sərkisyan bununla ölkədəki fermerlərin tələbini dövlət hesabına “yaxşılaşdırmaq” kimi "parlaq" bir yol “tapmaqla” özünə xal toplamağa çalışır”. Bu barədə ermənilərin ”1in.am” saytı məlumat yayıb. Təbii ki, deyəsən çanaq yenə də kasıb erməni xalqının başında çartlayacaq. Axı, dövlət Sərkisyan üçün subsidiyaları bu millətin kürəyindən çıxaracaq. Bunun üçün, ən azından dövlət xəzinəsinin formalaşdırılması lazımdır. Bunu artıq sadə erməni də dərk etməkdədir: “ Əslində, hakimiyyət Ermənistanda qiymətləri, o cümlədən dizel yanacağının qiymətini bəlkə də bilərəkdən artırır və bundan sonra biz hamımız qiymət artımına görə fermerləri subsidiyalaşdırmalıyıq. Bunun bəhrəsini isə Sərkisyan və onun partiyadaşları görürlər”. Bunları sadə erməni etirafı kimi də dəyərləndirmək olar.
Qeyd edilməlidir ki, düşmən ölkədə artmış qiymətlərin saxlanılması hələ də mümkündür. Çünki erməni rəhbərləri, əks halda, inflyasiyanın sosial baxımdan güclü gərginliyə səbəb ola biləcəyini yaxşı anlayırlar. Buna baxmayaraq, onlar iqtisadiyyata xidmət vasitəsi kimi büdcəyə toplanan vəcaitin az qismini subsidiyaya yönəlidirlər.
Mahiyyətcə isə, fermerlər üçün subsidiyalar adı altında dövlət büdcəsinə gətirilən pulların bir qismi yanacaq idxalçılarına ötürülür .
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info