Deyəsən, Rusiyanın işçi bazarı artıq miqrantlara o qədər də cazibədar görünmür. Lakin məsələ bundadır ki, Rusiyada işləmək istəyən əhalinin sayı az olduğundan artıq ölkə işçi qüvvəsi kimi, miqrantsız keçinə bilməyir.
Rusiya Strateji Araşdırmalar Mərkəzi ekspertlərinin hazırladiqları "Miqrasiya siyasəti: diaqnoz, çağırışlar və təkliflər" adli məruzədə bu nəticəyə gəliblər. Onların məlumatlarına görə, ölkədə əmək qabiliyyətli əhalinin ümumi itkiləri 2030-cu ilədək 11 milyondan 13 milyona qədər artacaq və buna görə də Rusiyanın işçi bazarı əlavə işçi qüvvəsi olmadan işləyə bilməyəək. Araşdırmalar Mərkəzi əməkdaşı miqrantsız Rusiya əhalisinin dəyişməz səviyyədə saxlanıla bilmədiyini etiraf edir. Bu procecin artıq başladıgını bildirən mərkəz əməkdaşı ən böyük zərərin hələ nəzərə çarpmadığını bildirib: "Əgər ölkədə işci qüvvələri arasında təbii itkilər 200-300 min nəfərdən çox olarsa, mövcud miqrasiya artımı Rusiyaya kifayət etməyəcək”-deyə mərkəz əməkdaşı bildirib.
Rusiyalı ekspertlərin fikrincə, Moskva miqrasiya siyasətinin yeni tədbirlərini inkişaf etdirməlidir. Bunun üçün ilk olaraq, ölkə daxilində hər bir miqrantın seçilməsinin zəruriliyini qiymətləndirmək üçün mərkəz sistemi yaradılmalıdır. Müqayisə üçün isə. əmək miqrantlarının hər bir kateqoriyası, ölkəyə daxil olmaq və qalmaq üçün öz şərtlərini nəzərdə tutan Böyük Britaniya sxemi göstərilir. Qeyd edək ki, ruslar da ölkəyə işçi qüvvələrini cəlb etmək üçün miqrasiya siyasətində yeni sixemin tətbiq edilməsini vacib bilirlər. Belə ki, onlar bu sxemə işgüzar viza, Amerikadakı “Green card” tipli lotereyaların kecirilməsi və miqrantların inteqrasiyası üçün müqavilələr kimi cəlbedici şərtlər daxil etməyi təklif edirlər.
Araşdırmalar Mərkəzinin digər əməkdaşı Yekaterina Demintsova isə miqrantlara ölkəyə müvəqqəti girmə hüququnun verilməsi üçün iş vizası sisteminin yaradilmasının vacibliyini bildirib: “Bundan əlavə, effektiv tədbir kimi rus dilinin öyrənilməsini təmin edən xüsusi "müqavilələr", dövlətçilik və qanunun əsaslarına riayət etmək nəzərdə tutulmalıdır. Bütün bu şərtlər yerinə yetirildikdə, miqrant yaşamaq icazəsi, işləmək imkanı qazanacaq və sonrakı illərdə isə vətəndaşlıq əldə etmək hüququ əldə edəcək”-deyə Demintsova bildirib.
Ağasəf Babayev
|