Dubayda “agıllı” kameralar quraşdırılacaq
Tarix: 28.01.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Dubay küçələrində müxtəlif dövlət qurumları üçün məlumat toplamaq məqsədilə minlərlə kameralar quraşdırılacaq. Bu barədə “Gulf News” nəşri məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, “Oyoon” adlı yeni layihə hökumətin Dubayı 2021-ci ilə qədər “agıllı şəhər” etmək proqramının bir hissəsidir. Kameralar şəhərdə baş verən cinayətləri, qeyri qanuni hərəkətləri, yol hərəkəti qaydalarının pozuntusunu izləyəcək. Quraşdırılmış kameralar süni intellekt vasitəsilə insanın iştirakı olmadan ekrandakı canlı mənzərəni analiz edə biləcək. Həmçinin insanların üzünü tanıyacaq, əşyaları və minik vasitələrini müəyyən edəcək. “Agıllı” kameralar yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən edəndən sonra, polis maşını saxlamadan cərimə yazmaq imkanı qazanacaq.
Qeyd olunur ki, yaxın zamanda bütün kameralar birləşdiriləcək və toplanan informasiya vahid mərkəzə ötürüləcək. Kameraların təkcə yollarda deyil, bütün şəhər ərazisində qurulması nəzərdə tutulur. Dubay polisinin fikrincə, bu tədbirlər şəhərdə fövqəladə hallarda operativ reaksiya verməyə, cinayətlərin azalmasına və şəhərin təhlükəsizliyinin tam təmin olunmasına xidmət edəcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
İnsanın qocalması bir neçə mərhələdə baş verir
10.12.2019
İnsanın yaddaşı dola bilərmi?
09.12.2019
İsveçdə plastikin təkrar istifadəsi texnologiyası hazırlanıb
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr
08.12.2019
Dünya suyun altında qala bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info