İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək
Tarix: 29.01.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


"Suriya və İraqda radikal dini qruplaşmaların tərkibində döyüşən 300-dən artıq azərbaycanlının həlak olduğu barədə məlumatlar var ".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S. Heydərov deyib ki, radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər Azərbaycanda məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb". O həmçinin İraq və Suriyada olan 19 azərbaycanlı uşağın da bu yaxınlarda Azərbaycana gətiriləcəyini bildirib. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb. S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
24.11.2020
Bakı açardır, gecikməyin!
24.11.2020
Azərbaycan Ordusu erməniləri Şuşada belə aldatdı– VİDEO
24.11.2020
Qarabağ danışıqları: Türkiyə israrlıdır, Rusiya isə..
23.11.2020
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info