Sürüşmə zonası ilə bağlı paket hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq
Tarix: 29.01.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.
Bununla bağlı Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 faizi məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25 faizi ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.
Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, birmərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.
Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.
“Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli binanın tikintisinin 5-6 kilometr kənarda, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır.
Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq”,-deyə məlumatda bildirilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub
05.12.2019
Əlilliyi olan şəxslərə əlil arabaları verilib
05.12.2019
Əmlak sığortasının faydaları...
05.12.2019
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
05.12.2019
Bakıda əhali ticarət şəbəkələrində 16 milyard manatdan çox pul xərcləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info