Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən təqdirəlayiq addım
Tarix: 29.01.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük rəqəmsal video platformalarından olan “Youtube”da Özbəkistandakı Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı fəaliyyətə başlayıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən “Palitra”ya verilən məlumata görə Azərbaycan mədəniyyətini, incəsənətini, turizmini, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş təbliğ etmək məqsədi ilə dünyanın ən çox izləyicisi olan məlumat-video portalı “Youtube”da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kanalı yaradılıb və bölmə daim yenilənir.
Sözügedən kanala Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videoyazıları, mərkəzin layihələri daxil edilir. Artıq Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, Özbək dilinə dublyaj olunub Azərbaycan bədii filmləri, cizgi filmləri, musiqi layihələri, kliplər qeyd olunan kanala əlavə edilməsinə start verilib.
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyir ki, sözügedən kanala 4 dildə (Azərbaycan, Özbək, Rus və İngilis) məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb ki, onlar video materialları montaj edərək “Youtube”dakı Azərbaycan Mədəniyyət Mərkəzinin kanalına yüklənir. S.Abbasov təbliğat, milli mədəni irsimizin saxtalaşdırılmaması, qardaş Özbəkistan istifadəçilərinə, habelə dünyaya Azərbaycana dair obyektiv informasiya çatdırılması məqsədi ilə gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini və yeni-yeni yüzlərlə video materialın mərkəzin kanalına əlavə ediləcəyini bildirib. O, söyləyib ki, Mədəniyyət Mərkəzi bütün imkanlarından istifadə edərək internetdə Azərbaycana dair özbək dilində məlumatları zənginləşdirir. Artıq özbək dilində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən nəticədə çoxsaylı məlumatlar əldə etmək mümkündür.
Diplomat 2013-cü ilin əvvəllərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin İnternetdə apardığı monitorinqin nəticəsində özbək dilində “Azərbaycan” seqmenti üzə çox az sayda məlumatın əldə edildiyini bildirib və bundan sonra bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bu ilk hadisədir ki, internetdə Azərbaycana dair özbək dilində çoxçeşidli video məlumatlar bir səhifədə istifadəçilərə təqdim edilir.
Kanalın adı “Azerbaijan Culture Center named after Haydar Aliyev” və qeyd olunan kanalla aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.youtube.com/channel/UCdR0WZkfyopbLEOILTXzkgw/videos?view_as=subscriber

Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
“Türkiyə NATO üçün böyük əhəmiyyət daşıyır“
22.11.2019
Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir
21.11.2019
Komitə sədri: “Məktəblərdə maarifləndirmə işləri ön planda olmalıdır“
21.11.2019
Oruc Zalov: “Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub”
21.11.2019
ABŞ maraqlarına uyğun olmayan “Silahlara Nəzarət“ razılaşmalarını imzalamayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info