“Rusiya bazarı Azərbaycan üçün ən böyük bazardır”
Tarix: 29.01.2018 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


"Rusiya bazarı Azərbaycan üçün ən böyük bazardır. Ötən il Rusiya tərəfinin Türkiyə pomidoru ilə yaranmış problemləri zamanı biz də çox böyük çətinliklərlə üzləşdik".
 
Bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
 
Onun sözlərinə görə, Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qoyulan qadağalardan sonra bu ölkənin pomidorunun Azərbaycan pomidoru adı altında şimal qonşumuza ixrac olunması ilə bağlı narahatlığa da son qoyulub: "Azərbaycan Rusiya tərəfini inandıra bildi ki, bu iqtisadi tərəfdən mümkün deyil. Eyni zamanda, biz Rusiya tərəfi ilə dəfələrlə görüşlər keçirdik. Bu gün bu problem tam olaraq həll edilib. Bu gün artıq bu inamsızlıq da aradan qalxıb. İnamsızlıq məsələsi gündəmə gəlmir və mən bunu problem kimi görmürəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Ağyoxuş“ qızıl yatağı istismara verildi
30.11.2020
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info