“Keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib“
Tarix: 29.01.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


"Keçən il dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib".
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş  ictimai təhlükəsizlik idarəsinin rəis müavini Oktay Tağıyev bildirib. 
 
O. Tağıyev bildirib ki, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə cəlb olunub: "2 nəfərlə bağlı prokurorluq orqanlarına müraciət olunub. Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görülmüş tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs edilib, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq olunub. 4 azyaşlı barədə materiallar yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib".
 
O. Tağıyev 2017-ci ildə Azərbaycanda yaşamaq hüquq verən sənədləri olmadan ölkədə yaşayan 144 əcnəbi müəyyənləşib: “Həmin şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. 17 nəfər ölkə hüdudlarından kənara çıxarılıb, 127 nəfər müvafiq tədbirlər görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info