Gənc bloggerlərə təlim keçirilib
Tarix: 29.01.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Bloger-Vbloger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin ilk təliminə start verdi.
Layihə çərçivəsində həyata keçirilən təlimin ilk günündə tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva qonaqları salamladı. L.Mehdiyeva bildirdi ki, AGAT bugünə kimi onlarla yerli və beynəlxalq layihələr həyata keçirmişdir. Layihəyə 10 gəncin cəlb olunduğunu bildirən L.Mehdiyeva onu da vurğulayıb ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən blogger və v-bloggerlərin hazırlanmasına nail olmaqdır. Yüksək ixtisaslı təlimçilərin cəlb olunduğu layihədə gənclər bloqçuluq fəaliyyətinin əhəmiyyəti və faydalılığı barədə maariflənəcəklər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dəstək Şurasının Müşahidə Şurasının üzvü Nərgiz Xələf belə layihələrin cəmiyyətimiz üçün böyük töhfə verəcəyini bildirirərək, layihə iştirakçılarına uğurlar arzulayıb.
Təlimin ilk qonaq eksperti isə əməkdar jurnalist, siyasi şərhçi, bloger Azər Həsrət oldu. A.Həsrət sözügedən yeni media sahəsinin vacibliyindən danışdı, cəmiyyətdə bir pillə öndə olan blogger və və v-bloggerlərin ətrafda baş verənlərə daha tez reaksiya verməsi ilə yanaşı, texnologiyanın da bu işin əsas alətlərindən olduğunu gənclərin diqqətinə çatdırıb. O, mükəmməl blogun tələb və təklifdən asılı olduğunu söyləyib. Sonda isə gənclərə bu məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıb.
“Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində keçirilən ilk təlim sual cavablarla interaktiv şəkildə davam etdi.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info