Azərbaycan Xalq Cümhuriyyəti 100 yaşında
Tarix: 29.01.2018 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü Türkiyənin Küçükçekmece qəsəbəsində qeyd edilib. Küçükçekmece Bələdiyyəsinin Yahya Kemal Beyatlı adına Teatr Mərkəzinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının iştirak etdiyi gecədə müxtəlif səhnələrə yer verilib. Tədbirdə AKP İğdır millət vəkili Nurettin Aras, Küçükçekmece kaymakamı Harun Kaya, bələdiyyə sədrinin müavini Recep Şencan, Azərbaycanın İstanbuldakı konsulu Məsim Hacıyev və minlərlə vətəndaş iştirak edib.

“Bizim millətimiz şəhid olmaqdan yorulmaz”

AKP İğdır millət vəkili Nurettin Aras Azərbaycan və Türkiyənin ət və dırnaq kimi olduğuna və ayrılmayacaqlarına diqqət çəkərək “Üstümüzə zülmü yağdıran fəsad mərkəzlərinə diqqət etməliyik. Bizi gözləyən təhlükə buradadır. Xarici düşmən planlar hazırlamaqdadır. Bizim müqəddəs yerlərimizi, qürurumuzu ələ keçirmək üçün birləşmiş vəziyyətdədirlər. Sonuncu dəfə Qüds hadisələrində bunun şahidi olduq. Bu tarixi coğrafi ərazi şəhid qanları ilə əldə edilib. Bu gün şəhidlər də veririk. Ancaq türk milləti üçün şəhid olmaq, gənc qızların boynuna boyunbağı taxmaq kimidir. Allah yolunda, torpaq uğrunda türk milləti şəhid olmaqdan yorulmaz. Bu bizim əsas şüarımızdır. Onlar heç bir zaman ölməyib. Ruhları şad olsun. Azərbaycan Respublikasına neçə-neçə yüz illər arzulayıram. Allah Qarabağ mövzusunda da Azərbaycan xalqına mütləq bir çıxış yolu göstərəcək ”.
“Əbədi qardaşlığımızı yaşadacağıq”

Küçükçekmece Bədəiyyəsinin sədr müavini Recep Şencan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını qeyd edərək, “Azərbaycan Respublikası və Türkiyə qardaşdır və biz bu qardaşlığı əbədi yaşadacağıq” deyib.
Çıxışların ardınca Azərbaycan Dövlət Xalq Rəqs Ansamblı “Mənim Azərbaycanım” və “Koroğlu” Milli baleti ilə əvəzsiz bir səhnə nümayiş etdirib. 80 nəfərlik rəqs qrupunun bu səhnəsini tamaşaçılar ayaq üstə alqışlayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib
20.11.2019
“Haqq mənəm” tamaşasının premyerası olub
19.11.2019
Musiqili Teatrın layihəsində bu dəfə Prezident təqaüdçüsü Atilla Məmmədov olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info