Şair Mikayıl Bozalqanlının bir neçə şerinin nəzəri təhlili
Tarix: 29.01.2018 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Vətən adlı torpağın
Mən alın yazısıyam.
(M.Bozalqanlı)


Günümüzdə klassik üslubda şeir yazmaq olduqca çətinləşib. İndi yazılan şeirlərə baxanda sanki sözün tükəndiyi (burada qafiyəli sözlər nəzərdə tutulur) hiss olunur. Müasir dövrdə klassik şerin bütün formalarında yazıb-yaradan şairlərə çox az rast gəlirik. Çox zaman klassik ənənədən uzaqlaşıb şerin sərbəst formasına müraciət edən şairlər var. Şübhəsiz ki, şerin bütün formaları gözəldir və poeziya bağının əvəzsiz inciləridir. Hal-hazırda şerin klassik formasında yazmaq, klassik şerin bütün nəzəri biliklərini yaradıcılıqda qorumaq şairdən ilhamla yanaşı, dərin bilik də tələb edir. Bunlara əməl edən şairlər yüksək səviyyədə poetik əmək nümayiş etdirirlər.
Klassik ənənənin gözəl bilicilərindən biri, şeirlərində nəzəri biliklərin qorunub saxlandığı şair Mikayıl Bozalqanlının yaradıcılığı diqqəti cəlb edir. Onun şeirlərində Ədəbiyyat nəzəriyyəsinin qayda-qanunu, poeziyanın özünəməxsus dili, şairin bədii nitqi, elmi-fəlsəfi təfəkkürü, poetik müdrikliyi aydın hiss olunur.
Şairin aşağıdakı gəraylısına müraciət edək:

Mən bir kimsəsiz qəribəm,
Təki sən sevil, sən sevil.
Dəvəsi ölmüş ərəbəm,
Təki sən sevil, sən sevil.

Bir bənd gəraylıda üç incə sait daha çox işlənib. “İ”, “ə” və “e” incə saitlərinin bir bənddə işlədilməsi şairin şerə orijinal bədii rəng vermə qabiliyyətinin təsdiqini göstərir. Bununla yanaşı, “ö” və “ü” incə saitlərini də nəzərə alsaq bu gəraylı incə saitlərin ahəngi əsasında yaranır. Həmçinin “i”, “ə” və “e” incə saitləri ayrılıqda dodaqlanmayan saitlərdir. Bu cür müfəssəl şeir nümunələrinə günümüzdə çox az rast gəlirik.
“Təcnis” şerin çətin yazılan növlərindən biridir. Bu gün yazılan şeirlərdə təcnislərə az-az rast gəlirik. Mikayıl Bozalqanlı yaradıcılığında maraqlı təcnislər şeirsevərlərin diqqətini cəlb edir.

Qara zülfə yoxdurmu bir qadağa,
Çal başına, çal çalmanı, çal indi.
Bir canım var, olsun sana sadağa,
Çal özümdən apar məni, çal indi.

Yuxarıdakı təcnis olduqca diqqəti cəlb edir. Ədəbiyyat nəzəriyyəsinin bütün nəzəri bilikləri qorunmaqla yanaşı, şairin fəhminin qüdrətidir ki, “Çal” sözü bir neçə dəfə müxtəlif mənalarda şerin əvvəlində, ortasında və axırında işlənir.

Rəngini, ruhunu duyuram nin,
Tamını, qoxunu duyuramnin,
Varını, yoxunu duyuramnin,
Ey günah, sən mənn, mən sənəm elə.

Şairin “Günah” adlı şerindən götürülmüş yuxarıdakı parça yüksək səviyyəli nəzəri bilikləri özündə cəmləyib. Bu, şairin ilhamının güclü olmasından irəli gəlir. Həqiqətən, belə şeir nümunələri ilə az-az rastlaşırıq. Öncə qeyd edək ki, yuxarıdakı şeirdə sonar samitlərin (l,m,n,r) çoxluğu diqqəti cəlb edir. Xüsusilə də sonar samitlərin hər biri şeir nümunəsində işlənib. Burada “m” və “n” sonar samitlərinə daha çox rast gəlirik ki, bu da xüsusi bir haldır. Bununla yanaşı, şeir nümunəsində dodaqlanan “u” saitinin çoxluğu diqqətdən kənarda qalmır. Həmçinin dodaqlanan “u”, “ü” və “o” saitlərinin işlənməsi şerə gözəllik verir. “Ey günah, sən mənsən, mən sənəm elə” misrasındakı “ə” incə saitinin çoxluq təşkil etməsi isə şerin nəzəri yükünü daha da artırır.

Dərdlərimin dərdlərini çəkməkdən
Dərdlərin sirdaşı dərdkeşəm indi.
Usanmadım becərməkdən, əkməkdən-
Dərd bağbanlıqdır iş-peşəm indi.

Yuxarıda verilmiş qoşmada “d” samitinin akustik həmrəyliyi tələffüzə xüsusi çeviklik qazandırır. Bu cür samitlərin təkrarlığı şerin poetik ahəngini və oxunaqlığını artırır. Belə şeirlərin yazılması şairdən böyük məharət tələb edir. Xüsusilə də qeyd etmək olar ki, bu cür şeirlər hər zaman dünyaya gəlmir.
Şair Mikayıl Bozalqanlının yaradıcılığında yuxarıda təhlili verilən şeir nümunələrinə çox rast gəlmək mümkündür. Digər şeirlər də şairin filoloji təfəkkürünün yüksək olmasından xəbər verir. Mikayıl Bozalqanlının poeziya dili daha oxunaqlı və şirindir. Özünün fərdi üslubu ilə daha maraqlı şeir nümunələri yaradır. Şeirlərində olan poetik formalar poeziyanın zənginləşməsinə təkan verir. Şairə yaradıcılıq yolunda uğurlar arzu edirik.

Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
14.11.2019
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info