Afrin əməliyyatı suriyalıların evlərinə qayıtması üçün keçirilir
Tarix: 30.01.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


ABŞ Menbiçdən geri çəkilməyəcəyini açıqlayıb

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində son olaraq PYD, YPG və “İŞİD” terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.
Anadolu Agentliyi xəbər verir ki, bu günədək ümumilikdə 557 terrorçu məhv edilib. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, yanvarın 28-də əməliyyata daha 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb. Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəcəyini açıqlayıb. General Votel CNN-ə açıqlamasında belə bir addımın nəzərdə tutulmadığını deyib. Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ı öz hərbçilərini Menbiçdən geri çəkməyə çağırıb. Türkiyə Afrinin ardınca Menbiçdə əməliyyat keçirmək niyyətindədir.

“ABŞ-ın bölgədəki qüvvələrinin öz aralarında yekdillik yoxdur. Menbiç bölgəsinə Mərkəzi Kəşfiyyat İdarəsi, Fırat çayının sağ sahilinə isə Pentaqon nəzarət edir”

“Zeytun budağı” əməliyyatının gedişini şərh edən Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis, “Habertürk” kanalının şərhçisi Nevzat Çiçək deyib ki, Amerika “Zeytun budağı” əməliyyatına etiraz etsəydi, Türkiyə hökuməti ölkə ərazisindəki İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı. Çiçək Türkiyə rəhbərliyinin bu əməliyyatla bağlı qərarlılığını xüsusi vurğulayıb: “Hərtərəfli hazırlanmış əməliyyatdır. Rusiya ilə hər şey razılaşdırılıb. Türk ordusunun Afrinə girməsinə köhnə müttəfiq ABŞ etiraz etsəydi, Türkiyə öz torpaqlarında yerləşən İncirlik və Kürəcik hərbi bazalarını NATO-ya qapadacaqdı. Bu məlumatı dövlətin ən üst səviyyəsindən almışam. İqtidarın bu qərarlılığından ABŞ da xəbərdar idi. Hər şey plana uyğun şəkildə davam edir. Ordunun əsas məqsədi mülki vətəndaşlara ziyan vurmadan bu əməliyyatı müvəffəqiyyətlə başa çatdırmaqdır, ona görə də irəliyə doğru hərəkət edərkən hər şey dəqiqliklə ölçülüb-biçilir. Türkiyənin son hədəfi sərhədin 10-30 kilometr o tərəfində “təhlükəsiz bölgə” yaratmaqdır. Afrin əməliyyatından sonraya planlaşdırılmış Menbiç əməliyyatı başa çatandan sonra Türkiyə bu məsələni gündəmə gətirəcək. Hətta PYD terror təşkilatı o bölgələri Dəməşq hökumətinə təhvil versə də, Türkiyə “təhlükəsiz bölgə” yaradılması üçün öz təkidindən vaz keçməyəcək”. Türkiyənin bundan sonrakı hərbi əməliyyatlarına ABŞ-ın göstərəcəyi mümkün reaksiya barədə suala ekspert belə cavab verib: “ABŞ-ın bölgədəki qüvvələrinin öz aralarında yekdillik yoxdur. Menbiç bölgəsinə Mərkəzi Kəşfiyyat İdarəsi, Fırat çayının sağ sahilinə isə Pentaqon nəzarət edir. Türkiyə o qurumların hər ikisinin bölgədəki fəaliyyətlərinə qarşı güclü iradə nümayiş etdirib. 1500 nəfərin iştirak etdiyi Soçi konfransında ABŞ-ın iştirak etməməsi regiondakı tarazlığı mühüm dərəcədə dəyişdirə bilər. Türkiyənn Afrin və Menbiçdə keçirəcəyi uğurlu əməliyyatlardan sonra ABŞ-ın “Böyük Orta Şərq” planı tamamilə tarixə qarışa bilər”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib ki, məqsəd Afrini işğal etmək deyil: “Hazırda 3 milyondan çox suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz "Fırat qalxanı" əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini “İŞİD” terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir".
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü
20.11.2019
İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı
20.11.2019
UNİCEF: “Yəməndə 12 milyona yaxın uşaq təcili yardıma möhtacdır“
20.11.2019
Əfqanıstanda helikopter qəzasında azı iki Amerika əsgəri həlak olub
20.11.2019
“Bu qüvvələrin bir hissəsi artıq...“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info