“Ermənistan beynəlxalq konvensiya və qətnamələri pozur”
Tarix: 30.01.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“The London Post”da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub

Ermənistan əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrinanın “The London Post” ingilisdilli nəşrində dərc olunan məqaləsində bildirilir.Məqalədə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildən artıqdır dünyanın ən uzun və ən qanlı münaqişəsi kimi tanınır:
"Təxminən üç onillik ərzində münaqişə işğal olunmuş ərazilərdə insan potensialına, iqtisadiyyatına, sənayesinə və kənd təsərrüfatına ağır zərbələr vurub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ ərazisi və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Azərbaycanın işğal edilmiş ərazilərində sosial və iqtisadi infrastruktur məhv edilib, bu da olduqca ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. Yaxınlıqdakı rayon və kəndlərin davamlı bombardmanı, ərazilərin yandırılması, işğal olunmuş ərazidə yerləşən Sərsəng su anbarının təchizatının qarşısının alınması və mineral suların istismarı ekoloji fəlakətə gətirib çıxarıb".
Məqalədə işğal olunmuş Azərbaycan ərazilərində ekoloji fəlakətin ciddiliyini sübut edən faktlar yer alır: "Su çatışmazlığı, eləcə də ərazilərin bombardman olunması cəbhə xəttindəki yaşayış məntəqələrindəki geniş ərazilərdə su ilə təminatı pişləşdirib, bu da çatların yaranmasına və yerin məhsuldar təbəqəsinin məhvinə gətirib çıxarır".
Müəllif qeyd edir ki, Dağlıq Qarabağda ən böyük su ehtiyatı olan Sərsəng su anbarı hazırda Ermənistan silahlı qüvvələrinin nəzarətindədir, bu isə Azərbaycanın təmas xəttindəki bölgələrində su təchizatı probleminə gətirib çıxarır: “Texniki dəstəyin olmaması bir neçə bölgənin su basması ilə nəticələnəcək bəndlərin məhv edilməsinə də səbəb ola bilər”.
Məqalədə, həmçinin işğal olunmuş ərazilərin meşələrində oğurluq hadisələrinin baş verməsi qeyd edilir. Bundan əlavə, cəbhə bölgələrinin daima bombardman altında olması, açıq sahələrdə kənd təsərrüfatına cəlb edilməsi münasib sayılan torpaqlar da təəssüf ki, hazırda həyat üçün təhlükəlidir: “Uzun illər ərzində Ermənistanın çirkli sularının bölgədən çaylara axıdılması müntəzəm olaraq davam edir. Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden və Qafan mis-əritmə zavodlarından çirklənmiş sular Oxçuçay çayına axıdılır, bunun nəticəsində çay hövzəsi ölü zonaya çevrilir. Belə bir davranışla Ermənistan, hər hansı bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığına dair yalnız dünya qanuni nizamını pozmur, həm də işğalolunmuş dövlətin əmlakı olan daşınar və daşınmaz əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri də pozur".
Müəllif yazır ki, bu problemin beynəlxalq səviyyədə daha geniş şəkildə əhatə edilməsi, fəlakətin öyrənilməsinə və qarşısının alınmasına mütəxəssislərin cəlb olunması vacibdir. Xüsusilə yerüstü ekosistemlərin qorunması və bərpası, onların rasional istifadəsinin təşviqi, meşələrin idarə edilməsi, çölləşmə ilə mübarizə, torpaqların parçalanması və prosesin dayandırılması, bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafının əsas məqsədlərindən biridir.

“Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri heç bir halda başa düşülən deyil”
Yeri gəlmişkən, son zamanlar bəzi Avropa parlamentariləri Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edirlər. Belə son səfər edən Avropa Parlamentinin üzvü Lars Adaktussondur.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib ki, Avropa Parlamentinin üzvü Lars Adaktussonun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
XİN-in sözçüsü qeyd edib ki, Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırımı aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənasını daşıyır. Bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir.
Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən, çirkli brilyant ticarəti, pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi, xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal edilmiş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil. Aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə, Avropa Parlamentinin üzvü kimi Lars Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Aland adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi.

“Gərək həmsədrlər Azərbaycanı Ermənistanla bərabərləşdirməsinlər”
Nəzərə çatdıraq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fevral ayında regiona növbəti səfəri gözlənilir. Politoloq Fikrət Sadıqov “Azadinform”a açıqlamasında deyib ki, həmsədrlər konkret təkliflə gəlirlərsə, gəlsinlər: “Belə təəssürat yaranır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vəzifəsi səfərlər etmək, regiona gəlib rəsmilərlə görüşmək, Ermənistanla Azərbaycan arasında olan münaqişə barədə müzakirələr aparmaq və heç bir real təklif verməməkdir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə belə yanaşma bizi qane edə bilməz”.
Politoloq bildirib ki, Azərbaycan rəsmilərinin fikrincə, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov görüşü qənaətbəxşdir: “Bu görüşdə kreativ təkliflərin irəli sürüldüyü bildirilir. Təklifin nədən ibarət olduğunu isə biz hələ bilmirik”.
Politoloq vurğulayıb ki, gərək həmsədrlər Azərbaycanı Ermənistanla bərabərləşdirməsinlər, bir tərəziyə qoymasınlar: “Biz beynəlxalq hüquq normaları çərçivəsində irəli sürülən təklifləri qəbul etməyə hər zaman hazırıq və onlara əməl etməyə hazır olacağıq”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info