“Orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib” (Yenilənib)
Tarix: 30.01.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


“Milli Məclisin Elm və təhsil komitəsi “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında deyib. Onun sözlərinə görə, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: “Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük.
Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik”. İ.Həbibbəyli əlavə edib ki, ötən il ərzində komitəyə müraciət daha çox işdən çıxarılma, diaqnostik qiymətləndirmə, qaçqın və məcburi köçkünlərin təhsilləri ilə bağlı olub: “Ötən dərs ili ilə müqayisədə bu il təhsil haqları ilə bağlı
şikayətlər az daxil olub. Bunun səbəbi də təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit
Fondunun yaradılması olub".

"Komissiya, yəqin ki, sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək"
İsa Həbibbəyli bildirib ki, Azərbaycanda orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitsə də, biz görürük ki, müzakirələrin davam etməsinə ehtiyac var. Akademik bildirib ki, hazırda Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirmə aparır: “Təklif olunub ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil. Bunu vaxtilə Cəfər Cabbarlı da təklif etmişdi, qəbul olunmadı”.
İ. Həbibbəyli əlavə edib ki, dəyişikliklər qəbul olunsa, 60-dan az sözün yazılışı dəyişəcək: “Deyirlər ki, 60 min söz dəyişir. Biz dilimizi dəyişirik? Media bu məsələni savadsız hallandırır. Bu məsələ ilə bağlı heç bir narazılığa əsas yoxdur. Bu narazılığın elmi əsası yoxdur. Onlar qaydaları oxumayıblar”.
Komitə sədri qeyd edib ki, insanlar “əskər” sözünün hazırkı yazılışını dəstəkləmir: “Dilçilərin 50 faizinin fikrincə də, “İsgəndər", "əsgər" yazılmalıdır. Komissiya da, yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək. "Alqı-satqı" sözü "çalğı" sözü kimi eyni qayda ilə yazılmalıdır. Biz “calqı” yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Amma ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq "alqı-satqı" sözünün "alqı-satqı" kimi yazılmasının tərəfindədir”.

“Məqsəd alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırılmasıdır”

İsa Həbibbəyli bildirib ki, Azərbaycanda elə jurnalistlər var ki, adi yazı qaydasını bilmirlər. Bir cümlələrində xeyli səhv tapmaq olur”. O, belələri arasında bəzi yazıçıların da olduğunu bildirib: “Alimlər yeni orfoqrafiya qaydaları hazırlayırlar. Amma baxıram, jurnalist adı ilə biri dilçilik sahəsinə aid təklif və iradlarını yazır, amma öz yazdığı bir cümlədə 10-13 səhv buraxır. Heç yaza bilmir. Bax, problem budur”.
İ. Həbibbəyli qeyd edib ki, dünya standartlarına əsasən hər 10 ildən bir orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir: "On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də layihə haqqında əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti cəmi iki dəfə - 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib”.
MM-in komitə sədrinin sözlərinə görə, bugünədək 214 şəxs bu qaydalara dair öz fikrini bildirib: “Deyilən fikirlər icərisində bizim nəzərdə tutmadığımız məsələlər də var. Amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir”.
İ. Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarının əsas məqsədi alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırılmasıdır.
NigarAbdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info