Portuqaliyalı deputat: “Qarabağ münaqişəsinin tezliklə həlli vacibdir”
Tarix: 30.01.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşüb.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) verilən məlumata görə, ölkəmizdə səfərdə olan D.Paçeko Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qonağın diqqətinə həmçinin çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.
F.Hüseynov həmçinin, Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan F.Hüseynov bildirib ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.
Nümayəndə heyəti daha sonra Zəngilan rayonundan məcburi köçkün Ərşad Priyevin mənzilində olub və ailə ilə söhbət ediblər.
Ətraflı məlumata görə minnətdarlığını bildirən D.Paçeko vurğulayıb ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O bildirib ki, ölkəsi də vaxtilə qaçqın və məcburi köçkün problemini yaşayıb.
D.Paçeko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Amerikada çıxan “JewishJournal” qəzetində də Qarabağ müharibəsində ermənilərin vəhşiliklərindən yazılıb. “Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr” sərlövhəli məqalənin müəllifi Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevdir. Müəllif yanvarın 27-sinin Holokost qurbanlarının Beynəlxalq Anım Günü olmasını vurğulayaraq yazır ki, Holokost və İkinci Dünya müharibəsi bəşəriyyət tarixində çox böyük faciədir.
M.Yevdayevin sözlərinə görə, İkinci Dünya müharibəsi dövründə Azərbaycanın orta hesabla hər altı sakinindən biri nasistlərə qarşı vuruşlarda həlak olub, o cümlədən 400 minə yaxın azərbaycanlı nasizmin qurbanı olub. Həmişə tolerantlıq mərkəzi kimi fərqlənən Azərbaycan İkinci Dünya müharibəsi dövründə yəhudilərə sığınacaq verib. Yevdayev Holokost qurbanlarını yad etməklə bərabər, Azərbaycanın Xocalı şəhərindən olan məcburi köçkün Anar Usubov haqqında da yazır. Azərbaycan Yəhudilər İcmasının başçısı qeyd edir ki, Anarın mənsub olduğu böyük ailənin 25 üzvü 1992-ci il Xocalı qırğını zamanı erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Müəllif yazır ki, Anarın babası Şahhüseyn Holokost zamanı neçə-neçə yəhudini xilas etmiş qəhrəman olub. Usubovlar azərbaycanlı, müsəlmandırlar. Bu fakt yəhudiləri ölümün pəncəsindən xilas etmiş Şahhüseynin qəhrəmancasına hərəkətlərində xüsusi rol oynayıb. Müəllif sonda yazır ki, Azərbaycanda Şahhüseyn kimi insanlar çoxdur, bu ölkədə yəhudiləri əsrlər boyu müdafiə ediblər.

“Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Rövşən Rzayev “Azadinform”aaçıqlamasında deyib ki, işğalçı qoşunlar Azərbaycan ərazilərindənçıxarılmalıdır və Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır.Deputat bildirib ki, ermənilər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması ilə atəşkəsin saxlanılmasına və işğal siyasətinin uzadılmasınaxidmət etdirmək istəyirlər. R. Rzayev əlavə edib ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələri həddindən artıq güclü olduğunu görür: “Buna görə də Ermənistan qorxudan səhra köməkçilərini artırmaq və işğalçı siyasəti davam etdirmək istəyir. Hesab edirəm ki, bu ikili standartlardır”.
Deputat əlavə edib ki, ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin rəhbərləri, XİN başçıları Ermənistanı ədalətli mövqeyə gətirməyi bacarmalıdır, işğala son qoyulmalıdır.

“Ermənilər daimi olaraq atəşkəsi pozurlar”
Politoloq Qabil Hüseynli isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirilir, razılığa gəlmək olmur.Politoloq bildirib ki, belə olduqda Azərbaycanın torpaqlarını azad etmək üçün hərb yolundan başqa yolu qalmır: “Qərb ölkələri isə münaqişənin hərbi yolla həllinə mane olmağa, əngəllər yaratmağa çalışır”.
Politoloq vurğulayıb ki, cəbhədə vəziyyəti gərginləşdirən, atəşkəs rejimini hər zaman pozan ermənilərdir. Q. Hüseynli hesab edir ki, ermənilər qorxularından ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılmasını istəyir.
Q.Hüseynlinin fikrincə, müşahidəçilər birtərəfli, qərəzli məlumatlar hazırlayıb ATƏT-ə ötürür: “Ermənilər güllə atacaq, bunu Azərbaycanın ayağına yazacaqlar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info