ATƏT təmas xəttində müşahidəçilərin sayını artırmağa çalışır
Tarix: 01.02.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, ötən gün Moskvada Rusiyavəİtaliyaxarici işlərnazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüşdə Dağlıq Qababağ münaqişəsinin nizamlanması, həmçinin ATƏT çərçivəsində qarşılıqlı fəaliyyət planı müzakirə olunub. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. ATƏT -in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Qarabağda münaqişə zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı suala cavabında bildirib ki, təşkilati dəstəyin bütün formaları məqsədə çatmaq üçün xeyirlidir. “Burada söhbət müsbət addımdan gedir. Deyə bilərəm ki, buna qədər görülən işlər, bundan sonra da görüləcək işlər Helsinki yekun aktına müvafiqdir. Hesab edirəm ki, həmkarım Lavrovun bu istiqamətdə aktiv fəaliyyəti münaqişənin nizamlanması prosesini sürətləndirəcək. Minsk qrupuna bütün dəstəyimizi göstərəcəyik. Bununla belə, hesab etmirik ki, bu, yeganə mümkün formatdır. Mövqeyimiz bizdən əvvəl ATƏT -ə sədrlik edən ölkənin siyasətini davam etdirməkdən ibarətdir. Hesab edirəm ki, bu, ədalətlidir", - deyə o qeyd edib.
Ancelino Alfano bildirib ki, ATƏT həlli gecikmiş münaqişələrin həllinə yardım etməyə davam edəcək.O, rusiyalı həmkarı ilə keçirilən görüşdə ATƏT regionundakı münaqişələri müzakirə etdiyini vurğulayıb.
Rusiyanın regiondakı münaqişələrin nizamlanmasında oynadığı rola toxunan ATƏT sədri bildirib ki, Rusiyanın həlli gecikmiş münaqişələrin nizamlanmasında çox böyük rol oynayır.

“Söhbət təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə konfransda deyib ki, birgə səylərilə ATƏT Dağlıq Qarabağda münaqişənin həllinə töhfə verməyə davam edəcək.
Rusiya XİN başçısı ATƏT sədri ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etdiklərini söyləyib: "Bizim birgə səylərimizlə ATƏT Dnestryanıda, Dağlıq Qarabağda münaqişələrin qarşısını almağa töhfə verməyə, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı Cenevrə müzakirələrinə sədrlik etməyə davam edəcək.
ATƏT , eləcə də Balkanlarda işləməyə davam edəcək. Hər şeydən öncə, biz ATƏT-in Kosovoda aktiv rol oynamasını görmək istəyirik". Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı fikir bildirib:"Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir".
Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: "2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması razılığı əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT -in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyata keçirilməsini ATƏT operativ şəkildə edəcək".
S. Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdirilməsinə və münaqişənin siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: "Yəqin ki, bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin - fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun - təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək".

“Ermənilər 30 il əvvəl baş vermiş hadisələri xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışırlar”

Ötən gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası zamanı da bir neçə deputat Ermənistanın işğal siyasəti ilə bağlı fikir bildirib. Milli Məclisin deputatı Rövşən Rzayev Parlamentdə Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat ermənilərin AŞPA-da qış sessiyası çərçivəsində Strasburqda Dağlıq Qarabağın işğalının 30 ilini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini vurğulayıb.
R. Rzayev bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu dövlətlərinə ayrı-ayrılıqda müraciət edilsin.
Deputat Fazil Mustafa isə Ermənistan prezidenti SerjSarkisyanın AŞPA-da çıxışına münasibət bildirib: “Xocalı faciəsinin 26-cı ildönümünə az qalmış bir vaxtda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş hadisələri xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışırlar”.
Deputat vurğulayıb ki, bu hadisələrin erməni əsilli Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var.
Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmalıyıq.
Meksikada tələbələrə Qarabağ münaqişəsi haqqında da məlumat verilib
1942-ci ildən Meksikanın ilk yəhudi təhsil müəssisəsi kimi fəaliyyətə başlamış Yavne Kollecinin tələbələri üçün Azərbaycanın Meksikadakı səfirliyində ölkəmizlə bağlı təqdimat keçirilib. Tədbirdə tələbələrə Qarabağ münaqişəsi haqqında da məlumat verilib. Bu tələbələr yaxın vaxtlarda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının model simulyasiya yarışında iştirak edəcək və həmin simulyasiya yarışı çərçivəsində BMT modelində Azərbaycanı təmsil etməyi seçiblər.
Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov tələbələrə ölkəmizin tarixi və mədəniyyəti barədə geniş məlumat verib, Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində müsəlman Şərqinin ilk demokratik respublikasının məhz Azərbaycanda yarandığını deyib. Məmməd Talıbov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edildiyini və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra üzləşdiyi çətinliklərə və xarici təcavüzə baxmayaraq, bütün sahələrdə əldə etdiyi sürətli inkişaf barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb.
Ölkəmiz barədə məlumatı böyük maraqla qarşılayan tələbələrin çoxsaylı suallarını cavablandıran müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanda xarici tələbələrin təhsil almaq imkanları, Azərbaycanda yəhudi icması və s. barədə tələbələrə geniş məlumat verib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info