“İslahatlar Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib”
Tarix: 01.02.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Robert Sekuta: “ABŞ Bakı-Tbilisi-Qars layihəsinə maraq göstərir”

İqtisadiyyat naziri Şahin Mustafayevin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə Prezidentin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb. Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığını və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına, xüsusilə də Mingəçevir Sənaye Parkına investisiya yatıra biləcəyini diqqətə çatdırıb. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirlərini bildirən Şahin Mustafayev bildirib ki, hazırda AmCham ilə Azərbaycanın ixrac missiyasının ABŞ-a səfərinin təşkilinə dair danışıqlar aparılır. ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri 2017-ci ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu, sistemli iqtisadi islahatların aparıldığını, kompleks tədbirlərin həyata keçirildiyini və müsbət nəticələr əldə edildiyini vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiya təşviqi mexanizminin tətbiqi, sənaye parkları və məhəllələrinin yaradılması belə tədbirlərdəndir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ötən ilin mühüm hadisələrindəndir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi isə davam etdirilir. Ələtdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır, nəqliyyat sahəsində infrastruktur layihələri icra olunur. 2016-cı və 2017-ci illərdə Vaşinqtonda keçirilmiş Trans-Xəzər Tranzit Dəhlizi forumlarında Azərbaycanın tranzit imkanlarına dair təqdimatların keçirildiyini xatırladan Şahin Mustafayev bildirib ki, belə tədbirlər 2018-ci ildə də davam etdiriləcək. Belə ki, bu ilin fevralında Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Həmçinin, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb, ABŞ-ın Bakı-Tbilisi-Qars layihəsinə marağını diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən islahatlardan danışan Robert Sekuta vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası və islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib, islahatlar korrupsiyaya qarşı mübarizə və biznes mühitinin yaxşılaşdırılmasında önəmlidir. ABŞ səfiri həmçinin, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq, ABŞ-ın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələr barədə fikirlərini bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
18.05.2018
“İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
07.05.2018
Firdovsiyyə Əhmədova: “Nərimanov hesab edirdi ki, xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmaq olar”
01.05.2018
İdarə olunan “virtual qəhrəmanlar”
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info