«1in.am»:” Ermənistanla eyni qurumda olan Belarus və Qazaxıstan Azərbaycana dost dövlətlər kimi çıxış edirlər”
Tarix: 02.02.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər
Yuri Navoyan
:”Moskvadakı səfirimiz siyasi turizmlə məşğul olur”

Bir müddət bundan əvvəl erməni mediasına «aprel müharibəsinin test xarakteri daşıdığını və bütün yolların yeni müharibəyə apardığını” bildirən hərbi ekspert Ayk Martirosyanın fikirləri ölkədə böyük rezonans doğurmuşdu. Erməni ekspertin açıqlamasından bir müddət sonra müasir rus silahlanmasının növbəti hissəsinə sahiblənən Azərbaycanın bu addımı Ermənistandakı rezonansı qorxu ilə əvəzləyib. Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığını deyən qarşı tərəf, bu işdə daha çox Moskvanı günahkar bilir. Ermənilərin «1in.am» saytına açıqlama verən Moskvadakı "Dialoq" təşkilatının sədri Yuri Navoyanın fikrincə, bütün bunlara görə, Ermənistan hakimiyyəti Rusiyaya rəsmi olaraq təkcə ictimaiyyət adından deyil, həm də dövlət adından narahatlıq ifadə etməlidir. Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyi ilə, Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyi ilə, parlamentlər bir-biri ilə işləyir: «Lakin mənə göstərin görüm, Rusiyanın Azərbaycana satdığı silahla bağlı erməni tərəfdən hər hansı bir məsələ qaldırılıbmı? Bizim Rusiyadakı səfirimizin nə işlə məşğul olduğu hələ də mənim üçün müəmma olaraq qalır. Siz səfirdən bu barədə şərh verməsini soruşun. Məgər o, Moskvada təkcə siyasi turizmlə məşğul olmaq üçün oturub? Moskvaya gələn erməni rəsmilərinin isə yeganə gündəmi axşam yeməyi və Komediya klubu ilə yekunlaşır».
Erməni təəssübkeşin fikrincə, Rusiya ilə Ermənistan münasibətlərində yaranan dərin boşluqdan sonra Moskvanın Azərbaycana silah satmağı daha intensiv hal almağa başlayıb: «Bu, eyni zamanda Moskvanın Ermənistana qarşı siyasi qərar ilə yanaşı, çatdırmaq istədiyi siqnal idi. Bəli, bir müddət Ermənistan Rusiyaya qarşı siyasətində düzəlişlərə çalışsa da, lakin Moskvanın Bakını silahla təminatı dayandırılmayıb».
Qeyd edək ki, Rusiya Strateji İnkişaf İnstitutunun baş direktoru Andranik Nikoqosyan erməni mediasına verdiyi açıqlamaların birində «Ermənistan Rusiyanın digər ölkələrlə münasibətlər qurmasına qadağa qoya bilməz»-deyə bildirmişdi: «Rusiya özünün strateji siyasətinə malikdir. Biz onlara kiminlə ticarət etmək və ya etməmək qadağası qoya bilmərik. O, Azərbaycanla ticarət edir, bizə isə daha əlverişli qiymətlərlə silah verir. Buna görə, biz Rusiyaya heç nə deyə bilmərik”.
Nikoqosyanın şərhinə münasibət bildirən Navoyan isə ermənilərin bu istiqamətdəki acizliyinə işarə vuraraq «heç olmasa, hər hansı bir narahatlıqlarımızı çatdırmaq üçün bu mövzuda doğru siyasət yürütməyə çalışmalıyıq»-deyir. Navoyan yaranmış problemin radikal bir həllə ehtiyacı olduğunu düşünür: «Oturub insan kimi onları bu silahların bizim ortaq maraqlarımıza təhlükə yaratdığını başa salmaq lazımdır».
Navoyan Ermənistanın Gömrük İttifaqına qəbul edildiyi dövrü xatırladır: «Sərkisyan və onun partiyadaşları bu qərarı Ermənistanın təhlükəsizlik məsələlərini nəzərə alaraq qəbul etdiklərini bəyanlamışdılar. Ancaq illər və təcrübə Ermənistanın bu strukturdan heç bir təhlükəsizlik və ya praktiki yardım ala bilmədiyini ortaya qoydu. Hətta Avrasiya İqtisadi Birliyində Ermənistanla birgə təmsil olunan Belarus və Qazaxıstan Azərbaycanın dost dövlətlər kimi çıxış edirlər». Yuri Navoyanın fikrincə, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olmazdan əvvəl öz şərtlərini açıq şəkildə ifadə etməli idi. Sual olunur: Ermənistan bu təşkilata qoşulmaqla nə əldə edib?
Təbii ki, necə deyərlər, «Suda boğulan saman çöpündən belə, imdad umar». Görün məsələ nə yerdədir ki, ermənilər ABŞ-ın cəngindən güclə qaçıb, Ermənistanda Nalbandyanın məsləhətçisi təyin edilən və hazırda Rusiyada yaşayan Ruben Tatulyana ümid yeri kimi baxırlar. Navoyan Tatulyanın erməni xalqına Ermənistanın xaricdəki bütün səfirlərindən daha çox praktiki fayda gətirdiyini bildirir və nə qədər gülməli də olsa, məhz onu Rusiya ilə ciddi söhbət etməyə çağırır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
18.05.2018
“İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
07.05.2018
Firdovsiyyə Əhmədova: “Nərimanov hesab edirdi ki, xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmaq olar”
01.05.2018
İdarə olunan “virtual qəhrəmanlar”
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info