“Dağlıq Qarabağ münaqişəsini yaradan da, davam etdirən də Ermənistan dövləti və lobbisidir”
Tarix: 05.02.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər
Ölkəmizdə fəaliyyət göstərən KİV-lər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları operativ şəkildə çatdırmağı və obyektiv bir biçimdə dəyərləndirməyi əsas götürərək oxucu və tamaşaçı auditoriyası ilə tanış edir. Bu baxımdan milli medianın qarşısında duran əsas vəzifələrdən biri də erməni yalanlarını ifşa etməkdir.
Bununla bağlı KİV-lərdə millət vəkilləri, politoloqlar, diplomatlar və siyasi şərhçilər müzakirələr də aparırlar. Ötən həftə millət vəkili, politoloq Aydın Mirzəzadə və siyasi şərhçi, “Trend” İctimai Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev və politoloq Rufiz Qonaqov də Ermənistanda keçiriləcək növbəti seçkilər və bununla bağlı aparılan kampaniyalar, Qərbin ikili standart siyasəti, qaçqın və köçkün problemləri kimi mövzularda fikir bildiriblər. Bildiyimiz kimi, Ermənistanda yeni konstitusiyaya əsasən ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Parlament tərəfindən seçiləcək. Bununla da Sarkisyan rejimi öz mütləqiyyətini qoruyub saxlayacaq. Formal xarakter daşıyan bu cür seçkilərdə şəffaflığın olmaması təsdiqi dünya ictimaiyyətini bir daha əmin edir ki, bu ölkədə demokratik siyasi münasibətlərdən söhbət gedə bilməz. Bu mövzu ətrafında millət vəkili, politoloq Aydın Mirzəzadə iki məqamı xüsusi qeyd edib. Birincisi, Ermənistan hakimiyyətində Sarkisyan soyadına olan maraq, ikincisi Sarkisyan partiyasının namizədliyini irəli sürdüyü Armen Sarkisyanın Moskvaya olan səfəri və xalqdan yox, məhz Moskva üzərindən seçilməsini açıq-aydın bildirməsi idi. Ümumiyyətlə, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi, ölkə iqtisadiyyatının olmaması, cəmiyyətin maraqlarının düşünülməməsi, xalqın narazılığına səbəb olan cinayətkar rejimin davam etdirilməsi təlatümləri artırır. Ermənistandakı bu cür acınacaqlı vəziyyətin davam etməyəcəyi faktını bu ölkənin sabiq prezidentlərinin də vurğuladığını qeyd edən politoloq Rufiz Qonaqov məsələnin kökündə həm də Dağlıq Qarabağ separatçı rejimin dayandığını diqqətə çəkib. Hakimiyyətini Dağlıq Qarabağ kartı üzərində quran bu separatçı rejimə havadarlıq edən dövlətlər və uzun illərdir ki, məsələnin həllinə yönəldilmiş beynəlxalq təşkilatların üzərinə düşən missiyanı layiqincə yerinə yetirməməsi siyasi şərhçi Arzu Nağıyev tərəfindən xüsusi vurğulanıb. Mövzu ətrafında müzakirə aparan politoloqların şərhlərindən də aydın olduğu kimi, həm Ermənistan xalqı, həm separatçı rejim, həm də onlara dəstək olan “super güclər” özləri də yaxşı bilirlər ki, bu vəziyyət uzun müddət davam edə bilməz və qarşıda onları gözləyən biabırçı süqut yaxın gələcəkdə reallaşacaq. Bu münaqişəni yaradan da, onu öz sifətlərinə yaraşan şəkildə davam etdirən də Ermənistan dövləti və lobbisidir. Bu gerçəklər dəfələrlə həm Prezident İlham Əliyev tərəfindən beynəlxalq siyasi tribunalarda, həm Ermənistanı işğalçı ölkə kimi tanıyan və qəbul edən beynəlxalq qurum və təşkilatların özləri tərəfindən də qeyd edilib.

“Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bütün islahatlar Dağlıq Qarabağ probleminin həll olunmasına güclü zəmin yaradır”
Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bütün islahatlar, inkişafı və artmaqda davam edən nüfuzu Dağlıq Qarabağ probleminin həll olunmasına güclü zəmin yaradır. Belə bir inkişaf qarşısında isə Ermənistan dövlətinin və yalançı siyasətinin əldə edəcəyi heç bir nailiyyətdən söhbət gedə bilməz. Beynəlxalq aləmin uzun illərdir şahidi olduğu və son dövrlərdə daha da çoxalan irqçilik, millətçilik, Avropada qaçqın və köçkün problemləri, miqrantlara qarşı zorakılıq, bütün Qərb aləmində hökm sürən islamafobiya və ikili standartlar geniş müzakirə edilən məsələlərdən idi. Mövzular ətrafında özünəməxsus şəkildə aparılan şərhlərdən belə bir nəticəyə gəlmək olar ki, bu gün nə Avropada, nə də Amerikada dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması heç bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Avropanın ən inkişaf etmiş ölkələrində insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti tənqid edən jurnalistlərin sıxışdırılması kimi faktlar dünyanın gözü qarşısındadır. Yaxın müttəfiqlərinin yürütdüyü siyasəti görmək belə istəməyən “demokratik” Amerikanın isə ötən əsrdən bu günə kimi ərəb ölkələrinin məhvi üçün başlatdığı və davam etdirərək münaqişə ocaqlarının qızışdırılmasındakı rolu göz qabağındadır. Burada diktatorların devrilməsi adı altında insanların qətlə yetirilməsi, minlərlə günahsızın hələ də qanının axıdılması davam edir. Əsas məqsəd isə həmin ölkələri öz əsarətləri altına almaq və islamafobiyanı gücləndirməkdir. Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Avropada millətçilik gücləndirilir, neofaşizm meydana gəlir. Son zamanlar güclənən antiseminizm bunu bir daha təsdiq edir. Bütün bunların əksinə isə Azərbaycan genetik foktorunda olan hümanizim prinsiplərindən, əsla, vaz keçməyib. Ölkəmizdə dinlərin bərabərliyi, tolerantlıq, multikulturialist dəyərlər, bütün xalqlara və dövlətlərə qarşı (Ermənistandan başqa) dostluq və bərabərlik münasibəti sarsılmaz siyasətlə həyata keçirilir.

“Ermənistanın məqsədi status-kvonu qoruyub saxlamaqdan ibarətdir”

Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryü Şxofer Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirməkdir. Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popov isə bu gün Bakıya gələcək. Onların Azərbaycan Prezidenti və XİN rəhbəri ilə görüşləri nəzərdə tutulub. Bakı səfərindən sonra həmsədrlər İrəvana, daha sonra işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər. Siyasi şərhçi Elçin Mirzəbəyli SİA -ya açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, adətən, texniki xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu səfərin həyata keçirildiyini nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, səfərin əsas məqsədi tərəflər arasındakı daha öncə müzakirə olunan məsələlər ətrafında müzakirə aparmaqdan ibarətdir: “Prinsip etibarilə həmsədrlərin səfəri ənənəvi xarakter daşıyır və bu, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir formada təsir göstərə bilməz. Həmsədrlər yalnız tərəflərin mövqeyini öyrəndikdən sonra ya XİN rəhbərlərinin növbəti görüşünü, ya da prezidentlərin görüşünü təşkil edir”.
E.Mirzəbəyli əlavə edib ki, bütün bunlara baxmayaraq, Ermənistanın mövqeyi prinsip etibarilə ortalıqdadır: “Ermənistan tərəfi hər dəfə danışıqlar prosesində razılaşma məqamları olduqda özünün qeyri-konstruktiv mövqeyini nümayiş etdirir və danışıqların pozulmasına zəmin yaradır. Məqsəd status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirərsə, o zaman beynəlxalq hüququn prinsiplərindən irəli gələn sanksiyaların işə düşməsi istiqamətində addımlar atılmalıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir“
19.02.2018
Xocalı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir
19.02.2018
Suriya savaşında enerji faktoru: “Türk axını”na təhlükə var?
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8456

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info