Müxalifətin “Facebook”dakı saxta profilləri...
Tarix: 06.02.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər
Tural Tağıyev |

Son vaxtlar müxalifətin radikal qolu- “milli şura”da toplaşan bir qrup siyasətçi, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimli sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərməyə başlayıb. Sosial bazasının ilbəil azaldığını görən AXCP rəhbəri “Facebook”da özünü qəhrəman kimi göstərir, yeri gəldi, gəlmədi az qala bütün ictimai siyasi proseslərə reaksiya verərək, səhərdən axşama kimi tənqidi istiqamətdə statuslar paylaşır. AXCP sədri və bir qrup tərəfdarı ölkədə görülən müsbət işləri-sosial obyektlərin açılışı, keçirilən kütləvi beynəlxalq tədbirlər, turizmin inkişafı üçün atılan addımları da bəyənmir. Maraqlıdır, hər şeyi qara görən bu siyasətçinin belə taktikası haradan qaynaqlanır və ümumiyyətlə, bu tip adamların siyasi çağırışları effekt verirmi?
Əvvəla onu qeyd edək ki, cəmiyyətin böyük hissəsi hazırkı hakimiyyətin yürütdüyü siyasəti dəstəkləsə də heç şübhəsiz ki, az bir qism narazı təbəqə də var. Bu, bütün demokratik ölkələrdə belədir. Əli Kərimli kimi siyasət “şoumen”ləri isə bundan yararlanaraq həmin narazı təbəqəni öz tərəfinə çəkmək üçün özlərini guya “haqqı deyən”, xalqa “canıyanan” kimi göstərirlər. Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, bu adama heç narazı qism də dəstək vermir, onun fikirlərinin səmimi olmadığının fərqindədir. Belədə, bu adamlar-“siyasətbazlar” sosial şəbəkələrdə hansı yola əl atırlar? Təbii ki, özləri yazıb, özləri oxuduqlarını görən bu şəxslər ona guya xeyli sayda adamın dəstək verdiyini göstərmək üçün saxta profillər ordusu yaratmağı tapşırır. Əks təqdirdə, bu gün Əli Kərimli, Gültəkin Hacıbəyli status yazan kimi yüzlərlə profil şəkli olmayan və ya profilində bir dənə də olsun real şəxsə məxsus foto paylaşılmayan xeyli anonim profillərin bəh-bəhlə onların fikirlərini bölüşməsinin şahidi olmazdıq. Hətta bu iş cəbhəçilər üçün əməlli başlı sistemləşdirilibdir. Partiyada “beşlik”, “onluq” və ən nəhayət“yüzlüklər” deyilən bir qruplar yaradılıb. “Beşlik” qrupuna hər partiya üzvünə beş profil açmaq tapşırılıbsa, “onluq” qrupunda nisbətən gənc və daha çox potensialı, vaxtı olan partiya üzvlərinə on profil açmaq və onları bu istiqamətdə idarə etmək tapşırılıb. “Yüzlük” qrupu isə artıq partiya funksionerlərinə aid məsələdir. Belə ki, partiya yetkililəri müəyyən pul müqabilində yüzə yaxın profili ayrı-ayrı şəxslərə həvalə etməklə onu idarə etməyi tapşırır və həmin şəxslərə də Əli Kərimlinin nə vaxt hansı istiqamətdə status yazacağı əvvəlcədən xəbər verilir. Bu səbəbdən də Əli Kərimli hər hansı bir status yazan kimi xeyli sayda saxta profillərlə girib onun statusuna şərhlər yazılmasının, anında bəyənilməsinin şahidi oluruq. Məsələnin ən iyrənc və ikrah doğuran tərəfi isə budur ki, son vaxtlar sosial şəbəkələrin insanlar üzərində təsirinin olmasını hiss edən və çayxanalardan yığışıb uzun illərdir ki, belə saxta profillər ordusu yaradaraq “Facebooka” axışan müxalifət liderləri və ona dəstək verən bir neçə yüz adam saxta profillər ittihamı ilə hökuməti ittiham etməyə başlayıb. Maraqlıdır, bu işin baniləri niyə indi əks tərəfi ittiham etməyə başladı? Səbəb çox aydındır-seçki ilidir və elektorat toplaya bilməyəcəklərini görən radikal müxalifət liderləri elə görüntü yaratmağa çalışırlar ki, guya bunları ciddiyə alan var... Xalqa göstərməyə çalışırlar ki, guya bunların fəaliyyəti, fikirləri iqtidarda narahatlıq doğurur. Burada həm də Qərbdəki himayədarları üçün gedişlər olur. Guya bunlara təzyiqlər olduğunu göstərərək, haray-həşir salmağa bəhanələr də formalaşdırırlar. Yəni, “baxın, bizim üstümüzə gəlirlər, biz bu ölkədə ciddi siyasi qüvvəyik, maliyyəmizi artırın” və s.
Qısası, bu gün yuxarıda qeyd etdiyimiz faktları sezmək üçün Əli Kərimli, Gültəkin Hacıbəyli və ya digər radikal müxalif qüvvələrin sosial şəbəkələrdəki səhifələrini gözucu nəzərdən keçirmək kifayətdir ki, bu adamların saxta profillər “ordusuyla” nə oyundan çıxmalarının şahidi olaq. Əks- təqdirdə 200 min izləyicisi olan Əli Kərimlinin ötən il etdiyi mitinq çağırışlarına cəmi iki min adam cavab verməzdi. Paradoksdur deyilmi?! Ona görə də, saxta niyyətlər, saxta siyasət, saxta vətənpərvərvərlik müxalifətin saxta profillər siyasətinə də sirayət edib. Səmimi olun cənablar, xalqı aldatmayın!




 
Müəllifin son yazıları

29.03.2018 “Söyüş teatrı”nın aktyorları
23.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
23.11.2016 Qabanellinin “erməni sevdası”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9084

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info