“Ermənilərin tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş çox önəmli addımlar atılır”
Tarix: 06.02.2018 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Ötən gün cəbhə xəttində monitorinq keçirmək üçün bölgəyə səfər edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi AnjeyKaspşik Tərtər Rayon İcra Hakimiyyətində olub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ATƏT nümayəndəsini qəbul edib. M. Məmmədov, AnjeyKaspşiklə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər barədə məlumat verib.
Bildirilib ki, sonuncu dəfə 8 noyabr 2017-ci ildə monitorinq keçirildiyi gündən bu günədək Ermənistan silahlı qüvvələri 481 dəfə atəşkəsi pozub. Ermənilər dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutur, təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərinin atəşinə məruz qalıblar.
Rayon İH başçısı cəbhəyanı yaşayış məntəqələrində yaşayan dinc əhalinin həyatının daima təhlükə altında olduğu barədə məlumat verib.
Görüşdən sonra A. Kaspşik cəbhə xəttində monitorinq aparmaq üçün qoşunların qarşıdurma xəttinə yollanıb.Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, ötən gün Azərbaycan və Ermənistan qoşunlarının Tərtər rayonu ərazisində yerləşən təmas xəttində növbəti monitorinq keçirilib. Monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi AnjeyKaspşik və onun səhra köməkçisi MixailOlaru, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri GennadiPetrika, OqnyenYoviç və MartinŞusterizləyiblər.

“Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdiriblər”
Prezident İlham Əliyev 1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Azərbaycan Universitetinin ictimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev AZƏRTAC-a açıqlamasında deyib ki, bu sərəncam böyük ictimai-siyasi və elmi-praktik əhəmiyyətə malikdir: “Bu sənəd Birinci Dünya müharibəsinin son mərhələsində erməni silahlı birliklərinin yerli müsəlman-türk xalqlarına qarşı qətl və qarətlərinin real mənzərəsini dünya ictimaiyyətinə çatdırmağa, eləcə də erməni yalanlarının, mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş çox önəmli addımdır. Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra Osmanlı və Qacarlar dövlətlərindən bu regiona erməni əhalinin kütləvi köçürülməsi ilə yerli müsəlman-türk xalqlarının, xüsusən, Qarabağ, Naxçıvan və İrəvan bölgələrində yaşayan azərbaycanlı əhalinin sıxıntılı günləri başlandı. Çar məmurlarının himayəsindən faydalanan gəlmə erməni ailələri ən yaxşı, məhsuldar torpaqlarda məskunlaşdırıldılar, imtiyazlı mövqe tutdular. Yerli azərbaycanlı ailələr isə minillərboyu yaşadıqları ata-baba torpaqlarında təqib olunmağa, mülklərini itirməyə, bir çox hallarda isə dözülməz yaşayış şərtlərindən bezərək qonşu ölkələrə köçməyə məcbur qaldılar.
Rusiya hakimiyyət nümayəndələrinin onillər boyu yeritdiyi bu siyasət erməni qatı millətçi qüvvələrinin özgə torpaqlarına yiyələnmək, etnik təmizləmə siyasəti yeridərək monoetnik “Böyük Ermənistan” yaratmaq niyyətlərini gerçəkləşdirmələrinə münbit şərait yaratdı. XX əsrin başlanğıcında Azərbaycanın əksər bölgələrində “Daşnaksütyun” partiyasının və erməni Qriqorian kilsəsinin yaratdıqları və maliyyələşdirdikləri erməni terrorçu dəstələrinin dinc müsəlman-türk əhaliyə qarşı vəhşilikləri, qadın və qızlara, qocalara, körpə uşaqlara qəddarlıqla divan tutması, müsəlman evlərini, əmlakını yağmalaması, sonra da yandırıb, istifadəyə yararsız qoyması, bir qayda olaraq, cəzasız qaldı. Azərbaycanın qeyrətli oğullarının yaratdıqları müdafiə təşkilatları və özünümüdafiə qüvvələri bu erməni vəhşiliklərinin daha geniş miqyas almasını yalnız qismən əngəlləyə bildi”.
Q.Əliyev qeyd edib ki, Birinci Dünya müharibəsi başladıqdan dərhal sonra erməni qatı millətçi qüvvələri silahlı dəstələr yaradaraq öncə Qafqaz cəbhəsində döyüş əməliyyatı bölgələrində, sonrakı dövrdə isə bütün Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı kütləvi qətl və qarətlərə başladılar. 1917-ci il fevral inqilabından sonra regionda mərkəzi hakimiyyət qurumlarının təsirinin zəifləməsi, cəzasızlıq ab-havası yaradılması, xüsusən, Bakıda daşnak-bolşevik işbirliyi erməni vəhşiliklərinin miqyasını dəfələrlə genişləndirməyə imkan verdi. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamında qeyd edildiyi kimi, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də yüz il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

“Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Q.Əliyev bildirib ki, ölkə Prezidentinin Sərəncamı Azərbaycan xalqına qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərin tədqiq və təbliğ olunmasının vacibliyini vurğulamaqla yanaşı, təkcə müvafiq dövlət qurumlarının deyil, tarixçilərin, araşdırmaçıların, kütləvi informasiya vasitələrinin, diplomatların, diaspor nümayəndələrinin qarşısına böyük vəzifələr qoyur. Azərbaycan Universitetində daşnak-bolşevik siyasi xadimlərinin nəzarətində olan erməni-rus silahlı dəstələrinin yüz il öncə dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri kütləvi qətl və qarətlərin ölkə ictimaiyyətinə, böyüməkdə olan gənc nəslə, dünya birliyinə çatdırılması sahəsində önəmli işlər görülüb. 2013-cü il martın 29-30-da Azərbaycan Universitetində azərbaycanlıların soyqırımına həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan, Türkiyə və Gürcüstan tədqiqatçılarının iştirak etdikləri tədbirdə 27 məruzə dinlənilib, konfransın materialları ayrıca toplu halında nəşr edilib. 2015-ci ilin aprelində isə “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda ikinci beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan və Türkiyədən olan tədqiqatçıların qatıldıqları bu konfransda 63 məruzə dinlənilib. Konfransın materialları xüsusi toplu halında çap olunub.
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamından irəli gələn vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün Azərbaycan Universitetinin rəhbərliyi və kollektivi silsilə tədbirlər həyata keçirməyə başlayıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info