“Biz Türkiyədə atdığımız hər bir addımla Azərbaycanı təmsil edirik”
Tarix: 07.02.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər



Səbinə Abbaslı:
“Türkiyə universitetlərində Azərbaycan tarixinin öyrənilməsinə və araşdırılmasına maraq var”

Bu gün xaricdə təhsil alan tələblərimiz oxuduqları universitetlərdə keçirilən müxtəlif yarış və müsabiqələrdə də aktivlik göstərirlər. Onların bir çoxu belə müsabiqələrdə qalib olaraq ölkəmizin adını ucaldırlar. Elə müsahibimiz Səbinə Abbaslı da magistratura təhsili aldığı Türkiyənin Sakarya Universitetində qalib olub. O, Türkiyədə xarici tələbələr arasında keçirilən şeir, hekayə və qısa film müsabiqəsində şeir kateqoriyasında birincilik qazanıb.
-Siz Sakarya Universitetində magistr olaraq hansı mövzunu araşdırırsız?
- Mən Sakarya Universitetində XIX əsrin II yarısında çar Rusiyası dövründə Azərbaycanda açılan Müsəlman məktəbləri haqqında diplom işi yazıram. XIX əsrin II yarısı Azərbaycan tarixi üçün dönüm nöqtələrindən biridir. Bu dövrdə Azərbaycanın çox dəyərli maarifçiləri, elm fədailəri yetişmişdir.”Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın.” deyib Hz.Məhəmməd Peyğəmbər (s.a.v). Bir xalqı inkişaf etdirən, irəliyə doğru aparan ən vacib amillərdən biri təhsildir. Bu səbəblə mənim üçün də təhsil tarixi və onun araşdırılması olduqca maraqlı və önəmlidir.
-Sakarya Universitetində tarix fənninin tədrisində əsas nəyə üstünlük verilir?
- Sakarya Universitetində, əsasən,İslam Tarixinə, Orta Asiya Türk xalqlarının tarixinə,xüsusən, Osmanlı İmperiyasi və onun mövcud olduğu dönəmdə qarşılıqlı əlaqədə olduğu dövlətlərin tarixinə, bu dövlətlərlə olan münasibətlərin tədrisinə, Osmanlı türkçəsinin və əlifbasının öyrədilməsinə, Türkiyə Cümhuriyyət tarixinin tədrisinə üstünlük verilir.
-Azərbaycan tarixi haqqında Türkiyə tarix ədəbiyyatında bilmədiyimiz hansı məqamlar var?
-Tarixən bu iki dövlət din, dil və coğrafi baxımdan yaxın olduqları, zaman-zaman rəqib olduqları üçün bir-birlərinin tarixində silinməz izlər qoymuşlar. Azərbaycan tarixini araşdırarkən, yazarkən mütləq şəkildə Türkiyə arxivlərinə müraciət etmək lazım gəldiyini düşünürəm. Xüsusəndə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tarixi və Azərbaycan Cümhuriyyət dönəmi araşdırılarkən Türkiyədəki arxivlərdən bəhrələnmək lazımdır. Bu dövlətlər tarix boyu bir-birinə təsirsiz qalmamışdır. İsmail Hakkı Uzunçarşılı, Faruk Sümer, Halil İnalcık kimi tarixçilərin əsərlərində maraqlı məqamlar mövcuddur.
-Ümumiyyətlə, Türkiyədə Azərbaycan tarixinə maraq hansı səviyyədədir?
- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Türkiyədə Azərbaycan tarixi haqqında, xüsusən,şar Rusiyası və SSRİ dönəmi ilə bağlı bir o qədərdə məlumatlı deyillər. Mən bunu bir çatışmazlıq kimi dəyərləndirirəm. Ancaq sevindirici tərəf odur ki, universitetlərdə Azərbaycan tarixinin öyrənilməsinə və araşdırılmasına maraq var. Universitetlərdə birgə çalışdığımız müəllimlər Türkiyədə Azərbaycan tarixinin az bilinən və ya bilinməyən dövrləri barədə araşdırmalar edib,məqalə və diplom işləri yazmağı tövsiyə edirlər. Bundan başqa, universitet xaricində həmsöhbət olduğumuz insanlar da tariximizə qarşı maraqlıdırlar.
-Universitetdə azərbaycanlı tələbələr ictimai aktivlik göstərirlərmi?

- Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələr xarici tələbələr arasında say baxımından ikinci yerdədir. Və bu da ictimai fəaliyyətlərdəki aktivliyə təsir edən vacib amillərdəndir. Azərbaycan tələbə topluluğu bayram günlərində, tarixi günlərdə, xarici tələbələr arasında təşkil olunan tədbirlərdə, mədəniyyət günlərində xüsusi aktivlik göstərir. Bu tədbirlərdə tariximiz, milli musiqimiz, rəqslərimiz, yeməklərimiz tələbələr tərəfindən gələn qonaqlara təqdim olunur. Ehtiyacı olan tələbələrimiz üçün təqaüdlər təşkil edilir. Yaxın günlərdə tələbələrimizin iştirakı ilə Sakaryanın iki rayonunda Xocalı abidəsinin açılışı həyata keçiriləcək.
-Bu günlərdə Türkiyədə xarici tələbələr arasında keçirilən şeir, hekayə və qısa film müsabiqəsində şeir kateqoriyasında birincilik qazanıbsınız. Qalib olacağınıza inamınız var idi?
- Uluslararası Öğrenci Dernekləri Federasiyasının xarici tələbələr arasında ilk dəfətəşkil etmiş olduğu şeir, hekayə və qısa film müsabiqəsinin şeir kateqoriyasında birincilik qazandım. Mənim üçün unudulmaz anlardan biri oldu. Qaliblərin ölkələri arasında ölkəmin adını eşitmək olduqca qürurverici idi. Biz burada atdığımız hər bir addımla Azərbaycanı təmsil edirik. Uzun müddət idi şeir yazmırdım. Müsabiqə məndə yenidən yaza biləcəyimə inan yaratdı. Şeir yaza bilmək üçün qəlbinizə, ruhunuza bir şeylərin toxunmağı lazımdır. Türkiyə dövlətinin mənim qəlbimdə xüsusi yeri var. Bu səbəbdən içdən gələn səmimi duyğularla yazdığım üçün müsabiqədə yer tutacağıma inanırdım. Növbəti illərdə də həmvətənlərimin adını qaliblər arasında görmək istərdim.
-Mükafatların təqdim edilməsi mərasimində hansı anlar yaşandı?
-Bu müsabiqənin qaliblərinin hər biri başqa-başqa ölkələrdən idi. Belə ki, qısa film kateqoriyasında qalib olan qırğızıstanlı tələbə Manasbeq Maksudov, hekayə kateqoriyası üzrə isə Burkina Fasolu Ouesseini Zorome qalib oldu. Qeyd etdiyim kimi, şeir kateqoriyası üzrə isə mən birinci oldum. Mənə mükafatı Uluslararası Öğrenci Dernekləri Federasiyasının prezidenti Mehmet Ali Bolat təqdim etdi.
Mən mükafat təqdim ediləndən sonra çıxış etdim. Azərbaycanda yaşayarkən həmişə Türkiyəyə gəlmək istədiyimi, amma nəsib olmadığını dilə gətirdim:“Türkiyədə yaşamaq mənə Azərbaycanda yaşamaqdan çox fərqli gəlmir. Öz ölkəmin bir şəhərində yaşayırammış kimi özümü burada yad hiss etmirəm.Türkiyənin Azərbaycandan mədəni baxımdan fərqi yoxdur. Türkiyədə mənə ən çox təsir edən yardımlaşma mədəniyyətidir. Xüsusilə Türkiyədəki vəqf mədəniyyətini çox bəyənirəm və əhəmiyyətli hesab edirəm. İnşallah, Azərbaycana qayıdanda mən də bunu tətbiq etmək istəyirəm.Türkiyədəki vəqflərin bir çox xeyriyyə fəaliyyəti var və bu, çox əhəmiyyətlidir. Bu fəaliyyətlərdən bir çox adam faydalanır” deyə fikirlərimi bölüşdüm.
Çıxışımın sonunda Türkiyədəki təhsilimi tamamladıqdan sonra Azərbaycana dönüb, orada işləmək istədiyimi vurğuladım.
Qeyd: Səbinə Abbaslının Uluslararası Öğrenci Dernekləri Federasiyasının xarici tələbələr arasında ilk dəfə təşkil etmiş olduğu şeir, hekayə və qısa film müsabiqəsində qalib olduğu şeri təqdim edirik

Benim Ülkem Türkiye

Her karış toprağı kanla yoğrulan
Uğruna ölünen kutsal vatansın
Şehit kanlarından rengini alan
Ay yıldızın göklerde dalgalansın

Mazlumun yanında yerini alan
Komşusu dardayken yardıma koşan
Dünyaya insanlık dersi anlatan
Dualarla anılan sensin Türkiyem

Gurur duyulacak bir tarihin var
Fatihin, Yavuzun, Süleymanın var
Çağ açıp kapayan ataların var
Medeniyet beşiğisin Türkiyem

Tek çağrıyla meydanlara dökülen
Gün gelince yumruk gibi birleşen
Göğsünü vatana siper eyleyen
Mert oğullar diyarısın Türkiyem

Dinine, rengine ayrım yapmadan
Yurduna gelene hep kucak açan
Bir evladı gibi bağrına basan
İkinci vatanım sensin Türkiyem

Seni vasfetmeye kalemim yetmez
Yazdıkca yazarım yine de bitmez
Sana olan sevgim tarif edilmez
Özlemle andığım ülkem Türkiyem

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info