Mum güvəsi müalicəvi məhsuludur
Tarix: 07.02.2018 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Arı yuvasında mum güvəsi adlanan böyük və kiçik həşərat yaşayır. Arı üçün zərərverici olan həmin həşərat qiymətli xammal, müalicəvi, həm də eksklüziv arı məhsuludur. Yüz ildən artıqdır ki, mum güvəsinin ekstraktı hazırlanaraq müalicəvi bioloji aktiv maddə kimi istifadə edilir.
AZƏRTAC xəbər verir ki, mum güvəsi yeganə həşəratdır ki, onun sürfələri yalnız mum və digər arı məhsulları ilə qidalanır. Qədim Misirdə fironların xanımları mum güvəsinin sürfələrindən hazırlanmış maddələrdən öz gözəlliklərini qorumaq və uzun müddət cavan qalmaq üçün istifadə edirdilər.
Mum güvəsinin ekstraktı orqanizmdə bir çox bərpa proseslərini gücləndirir. Onun preparatları qadınlarda hamilə qalmaq, kişilərdə spermatozoidlərin say və hərəkətliyini artırmaq üçün istifadə olunur. Bir sıra xəstəliklər, xüsusən də öd yollarının infeksiyaları zamanı iltihab əleyhinə güclü təsir göstərir.
XIX əsrin axırlarında rus alimi İlya Meçnikov mum güvəsinin ekstraktından ağciyər vərəminin müalicəsində uğurla istifadə edib. Mum güvəsinin süfrələri mumu əridərək qidalanır. Oxşar mumabənzər maddələr vərəm çöplərinin örtük qişasında da var. Həmin sürfələrin ekstraktı vərəm mikrobakteriyalarını əridərək onların məhv olmasını sürətləndirir. Arı güvəsinin ekstraktının tərkibindəki sereza fermenti tənəffüs yollarını təmizləyir və bronxial xəstəliklərdə yüksək səmərə verir. Arıçılar və türkəçarə müalicə üsulu ilə müalicə aparanlar lap qədim zamanlardan ekstraktın cavanlaşdırıcı xüsusiyyətindən istifadə ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info