“Mübariz” filminin çəkilişi ilə bağlı bütün hazırlıqlar başa çatıb
Tarix: 07.02.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Son zamanlar gündəmdə olan və çəkilməsi səbirsizliklə gözlənilən “Mübariz” filmi Milli Qəhramanımızın yaddaşlarda qalması üçün gözəl bir addım olduğunu deməliyik. Qeyd edək ki, “Mübariz” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə bir türk film şirkəti tərəfindən çəkiləciyi barədə fikirlər səslənirdi. “Mübariz” filminin çəkilməsi ilə bağlı işlərin nə yerdə olduğunu öyrənmək üçün təşkilatçılarla əlaqə saxladıq.
Təşkilatçılardan bildirdilər ki, bütün hazırlıqlar başa çatıb, filmdəki aktyor və aktrisalar, demək olar ki, artıq məlumdur: “Filmin maliyyə məsələsini isə, özü xaricdə yaşasa da və biznesinin böyük hissəsi xaricdə olsa da daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, ölkəmizdə bir çox biznes sahələri olan tanınmış iş adamı Fərhad Əhmədov bu filmin maliyyə məsələsinin həll olmasını öz öhdəsinə götürdü və bildirdi ki, biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq”.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub
18.10.2018
Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10268

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info