Smartfon bazarında ilk dəfə azalma qeydə alınıb
Tarix: 07.02.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“IDC” analitik şirkətinin hesabatına görə, 2017-ci ildə dünya bazarına tədarük edilmiş smartfonların həcmi 2016-cı illə müqayisədə 0,1% azalaraq 1,47 milyard qurğu təşkil edib. Bu, 2009-cu ildən bəri qeydə alınmış ilk belə azalmadır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, yuxarıda adıçəkilən analitik şirkətdən bildirilib ki, dünya bazarında qeydə alınmış azalma Çin və ABŞ-da smartfonlara tələbatın azalması ilə izah edilir. Məsələn, ötən il Çində 2016-cı illə müqayisədə 4,9% daha az smartfon satılıb və dördüncü rübdə satış həcmi 15,7% azalıb. Bundan əvvəl analitiklər çinli istifadəçilər arasında smartfonlara tələbatın azalmasını yeni qurğu modellərinin istehlakçılarda maraq doğurmaması ilə izah ediblər.
“Mobile Research Group” şirkətinin aparıcı analitiki Eldar Murtazinin sözlərinə görə, ABŞ-da abunəçilər smartfonları, bir qayda olaraq, mobil operatorlarla müqavilə bağlayaraq satın alırlar. Buna uyğun olaraq, mobil şirkət hər il öz abunəçisinin köhnə aparatını daha müasiri ilə əvəz edir. Lakin ABŞ-ın smartfon bazarı öz pik nöqtəsinə çatıb və yeni abunəçilər olmadığından smartfonların tədarük həcmi azalmaqdadır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info