Noutbuklara yeni prosessor quraşdırılacaq
Tarix: 07.02.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


“Qualcomm” şirkəti noutbuklarda beşinci nəsil rabitə texnologiyasını (5G) dəstəkləyən yeni “Snapdragon 850” mobil çipinin quraşdırılacağını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, yeni prosessorun ölçüsünün böyük olması səbəbindən onun smartfonlarda quraşdırılmayacağı ehtimal edilir. Belə prosessor istənilən noutbuku beşinci nəsil mobil rabitə şəbəkələrində işləyən qurğuya çevirə biləcək.
Ekspertlərin fikrincə, “Snapdragon 850” onun “Intel” və ya “AMD” kimi rəqiblərindən daha məhsuldar olacaq. Çipin ultrabuklarda və fotoşəkil, oyunlar və videomontajın emalı üçün nəzərdə tutulmayan digər qurğularda quraşdırılması planlaşdırılır.
“5G” standartını dəstəkləyən ilk qurğuların bu il nümayiş olunacağı, satışına isə 2019-cu ilin əvvəlində başlanacağı gözlənilir.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xoşbəxt nikahın sirri: ər-arvad arasında yaş fərqi nə qədər olmalıdır?
11.12.2018
Qocalmamaq indi öz əlinizdədir
09.12.2018
Tacikistanda dördəm uşaqlar doğulub
06.12.2018
Bolqarıstan pasportu dünyanın ən nüfuzlu pasportlarının ilk onluğundadır
05.12.2018
“Chanel“ daha timsah dərisindən istifadə etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info