“Ermənistan faktiki olaraq müstəqilliyini itirib”
Tarix: 07.02.2018 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
Son zamanlar Dağlıq Qarabağa qeyri-qanuni səfərlərin olması Ermənistanın işğalçılıq siyasətinin davam etməsinin bariz nümunəsidir. Xatırladaq ki, Dağlıq Qarabağa belə bir səfəri İsveçrə Milli Şurasının spikeri Dominik De Buman da edib. Bu günlərdə isə Dominik De Buman Ermənistanda səfərində ziddiyyətli fikirlər səsləndirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri DominikDe Bumanın Yerevanda səsləndirdiyi fikirləri şərh edib: “Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir”.
Hikmət Hacıyev deyib: “İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.
Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan çox azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir”.
Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım BricetBrink isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən, uzun müddətdir: "ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqəsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik".

Almaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Yeri gəlmişkən, Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr Dağlıq Qarabağ münaqişəsindən də danışılıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri AndreasPeşkenin (AndreasPeschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında əlaqələrin artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini bildirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Tərəflər yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüş çərçivəsində, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə olunub.
ABŞ-ın Milli Müdafiə Universitetinin dəvəti ilə səfir Elin Süleymanov universitetin Cənub və Mərkəzi Asiya Proqramının müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxış zamanı da Dağlıq Qarabağ münaqişəsinə toxunub. Elin Süleymanov dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb. Diplomat Azərbaycanın sadə coğrafi məkan deyil, böyük geosiyasi əhəmiyyətə malik ölkə və strateji mərkəz olduğuna diqqət yönəldib. İştirakçılara müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verib. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olduğunu bildirən səfir bu respublikanın qısa müddətdə mövcud olmasına rəğmən bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlardan və dövlət quruculuğu sahəsində gördüyü mühüm tədbirlərdən danışıb.
Daha sonra diplomat ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına, həmçinin regionlararası körpülərin qurulmasına əsaslı töhfə verdiyini bildirib.
Elin Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə danışıb. Həmçinin Azərbaycandakı tolerantlıq mühitinə, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsinə diqqət yönəldib, Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyini bildirib.
Diplomat regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilib ki, postsovet ölkələrində olan münaqişələr oxşar köklərə və elementlərə malik olsalar da, onlara münasibət eyni deyil və bu da Azərbaycan cəmiyyətində ölkəmizə və xalqımıza qarşı ikili standartların tətbiq edildiyi təəssüratı yaradır. Səfir Azərbaycanla Ermənistanı müqayisə edərək, Azərbaycanın çoxmillətli və multikulturalizm ideyalarını təşviq edən və öz gələcəyini regionun inkişafında görən dövlət olduğu halda, Ermənistanın monoetnik və öz əməlləri nəticəsində regiondan təcrid olunmuş siyasət yürütdüyünü diqqətə çatdırıb. Bildirib ki, Ermənistan rəhbərliyi hazırda bunu başa düşmür və onun hazırkı siyasəti öz maraqlarını qurban verməkdən ibarətdir. Məhz bu siyasət nəticəsində Ermənistan faktiki olaraq müstəqilliyini itirib.
Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak edib, Azərbaycan-ABŞ tərəfdaşlığını və Azərbaycanın terrorçuluğa qarşı səylərə töhfələrini təqdir edib və səfir Elin Süleymanova Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, həmçinin ölkəmizin xarici siyasətinin digər istiqamətlərinə aid suallar veriblər.
Habelə ABŞ Milli Müdafiə Universitetinin Hərbi Kollecinin region üzrə tədqiqat aparan və ABŞ-ın müxtəlif dövlət strukturlarını təmsil edən bir qrup dinləyiciləri üçün Azərbaycan səfirliyində brifinq keçirilib, yuxarıda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info