Müasir internetin yaradıcılarından biri vəfat edib
Tarix: 08.02.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Müasir internetin yaradıcılarından biri, ABŞ-ın kiberməkanda hüquqların qorunması ilə məşğul olan “Electronic Frontier Foundation” (EFF) qeyri-hökumət təşkilatının təsisçisi amerikalı Con Perri Barlou 70 yaşında dünyasını dəyişib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, təşkilatın “Facebook” səhifəsində deyilir: “Bu gün internet öz qəhrəmanını itirdi. “EFF” həmtəsisçi Con Perri Barlounun vəfatından kədərlənir”.
Məlumata görə, o, yuxuda olan zaman vəfat edib.
“Mübaliğəsiz demək olar ki, internetin bu gün bizim bildiyimiz və sevdiyimiz əsas seqmentləri Barlounun rəhbərliyi və təsəvvürü sayəsində mövcuddur və inkişaf edir”, - məlumatda qeyd olunub.
C.Barlou 1990-cı ildə elektron rabitə vasitələri istifadəçilərinin hüquqlarını qoruyan “Electronic Frontier Foundation” hüquq müdafiə təşkilatının yaradılmasında iştirak edib. Bundan başqa, o, internetə həsr edilən işlərlə məşhurlaşıb. Həmçinin C.Barlou 70-ci illərdə gitaraçı Bob Veyrlə birlikdə ABŞ-ın “Grateful Dead” rok qrupu üçün bir neçə mahnı yazıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil
23.03.2019
Tanınmışların “əkiz tayları“
22.03.2019
Qadınlar niyə kişilərdən çox yaşayır?
22.03.2019
Toyuğu bişirməzdən əvvəl yumayın
22.03.2019
Yeni Zelandiyanın Xarici İşlər naziri müğənni Haluk Leventə təşəkkür etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info