ABŞ-da yaddaşı gücləndirən qurğu sınaqdan keçirilib
Tarix: 08.02.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Amerikalı alimlər beynin elektrostimulyasiyası vasitəsilə yaddaşın gücləndirilməsi üçün nəzərdə tutulmuş qurğunu sınaqdan keçiriblər. Onların sözlərinə görə, sınaq iştirakçılarının sözləri yadda saxlamaq qabiliyyətini orta hesabla 15% artırmaq mümkün olub. Beləliklə, sözügedən texnologiya növbəti mərhələlərdən də uğurla keçərsə, onda onu yaddaşa təsir göstərən demensiya və kəllə-beyin travması zamanı tətbiq etmək mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, yeni qurğu epilepsiyadan əziyyət çəkən 25 pasiyent üzərində sınaqdan keçirilib. Xəstələrin hər biri bu zaman elektrokortikoqrafiya prosesindən (bilavasitə beyin qabığında qurulmuş elektrodların köməyi ilə beynin aktivliyinin monitorinqi) keçiblər. İştirakçılar 12 sözdən ibarət siyahını yadda saxlamalı idilər, bundan sonra isə onlardan bir neçə riyazi məsələni həll etmək tələb olunub, yəni iştirakçıların diqqətini qısa müddətə yayındırıblar. Alimlər sınaqlar zamanı pasiyentlərdə beynin, həmçinin gicgah nahiyəsinin aktivliyini izləyiblər. Beynin bu sahəsi hippokampla birgə insanda uzunmüddətli yaddaşı formalaşdırır, həmçinin vizual və eşitmə informasiyasının işlənməsində iştirak edir.
Sınaqlar zamanı xüsusi alqoritm sözləri yadda saxlama zamanı pasiyentin beyninin aktivlik səviyyəsini müəyyənləşdirib. Növbəti testlər zamanı aktivlik azaldığı halda elektrik impulsunun köməyi ilə beyni stimullaşdırıblar. Pasiyentlərin sözlərinə görə, bu hiss olunmayıb. Hər bir iştirakçı 25 tapşırıq yerinə yetirib. Beynin stimulyasiyası 15% daha çox söz yadda saxlamağa kömək edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Kuşadasına mövsümün ilk kruiz gәmisi gәlib
18.03.2019
30 yaşdan sonra bunları yeməyin!
18.03.2019
Axır çərşənbədə nələr etməli?
18.03.2019
Avstriyada qalanan tonqal hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb
18.03.2019
Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info