“Soydaşlarımız Saxalin vilayətinin inkişafında yaxından iştirak edirlər”
Tarix: 08.02.2018 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
Abil Əliyev: “Uzaq bir diyarda yaşamağımıza baxmayaraq, Azərbaycan bizim üçün çox yaxındır”

Bu gün soydaşlarımız uzaq Saxalində də bir araya gəlib, ölkəmizin təbliğini aparırlar. Bu baxımdan Saxalin vilayətindəki “Dostluq” Cəmiyyəti də aktivlik göstərir. Müsahibimiz bu cəmiyyətin sədri Abil Əliyevdir. Qeyd edək ki, Abil Əliyev 05.04.1965-ci ildə Azərbaycanın Qəbələ rayonunun Vəndam kəndində anadan olub. 1972-1980-ci illərdə Vəndam 1 saylı orta məktəbində təhsil alıb. 1980 -1983-cü illərdə Bakıda 5 saylı sənət məktəbində orta təhsilini davam etdirib. 1983-85-ci illərdə Qazaxıstanın Leninsk şəhərində Baykonur Kosmodromunda hərbi xidmətdə olub. 1996-cı ildən Rusiyanın Saxalin vilayətində Cənubi Saxalinsk şəhərində yaşayır. 2002-ci ildən “Natali” kompaniyasının baş direktorudur. 2005-2010-cu illərdə Cənubi Saxalinskdə Rusiya İqtisadiyyat Universitetinin İdarə və təşkilatlarının qurulması və idarə olunması fakültəsində ali təhsil alıb. 2007-ci ildən Saxalin vilayətindəki “Dostluq” Cəmiyyətinin sədr müavini, 2015-ci ildən isə sədridir. 2017-ci ildən isə Dünya Azərbaycanlıları Assambleyasının Rusiyanın Saxalin vilayəti üzrə təmsilçisidir.


-“Dostluq” Cəmiyyətinin məqsəd və məramı nədən ibarətdir?
-Öncə uzaq Saxalindən çoxlu soydaşlarımzın salamını sizə yetirirəm. “Dostluq” Cəmiyyətinin məqsəd və məramı Saxalində yaşayan soydaşlarımızı bir araya yığmaq və onlara hüquqi, eləcə də mənəvi yardım etmək, çətinliklərini aradan qaldırmaqdır. Həmçinin Azərbaycanımızı yüksək səviyyədə təmsil edir və dövlət qurumları ilə əlaqə yaradırıq.
Azərbaycanımızın düşmən təcavüzünə məruz qalması ilə bağlı təbliğati işlər görür və diasporumuzu bu işdə birliyə səsləyirik.
Nəzərə çatdırım ki, bizim təşkilatımız parlament formasında yaranıb. Bizim 12 idarəedici orqanımız var. Yəni hərə bir sahənin rəhbəridir. Ona görə biz yüksək səviyyədə formalaşmağa başlamışıq. Bu, bütün diasporlara aid edilməlidir. Yəni bir rəhbər deyil, bir neçə sahə üzrə rəhbərlik seçilməlidir

-Saxalin istər Rusiyanın mərkəzinə, istərsə də Azərbaycana çox uzaq bir şəhərdir. Belə bir yerdə Azərbaycanı tanıtmaq nə dərəcədə asandır?
-Uzaq bir diyarda yaşamağımıza baxmayaraq, Azərbaycan bizim üçün çox yaxındır. İKT-nin inkişafı dövründən mən “uzaq məkan” məfhumunu təsəvvür etmirəm. Sevinirik ki, Azərbaycanımız da bu inkişafdan geri qalmayıb. Ona görə də hər birimiz yaşadığımız ölkədə Azərbaycana daha yaxınıq.
Cəmiyyətimizin fəaliyyəti dövründə Azərbaycanımızın və xalqımızın mədəniyyəti başqa xalqların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və sevilib. Bu istiqamətdə işlərimiz bu gün də davam etdirilir.

-Bəs orada azərbaycanlıların həmrəyliyi hansı səviyyədədir?
-Bu, çox çətin sualdır, eyni zamanda günümüzün güzgüsüdür. Həmrəylik, hələ ki, istədiyimiz səviyyədə deyil. Amma çox çətin də olsa, artıq ətrafımızda çoxlu sayda vətənsevər soydaşımız var. Təşkil etdiyimiz tədbirlərdə həmvətənlərimiz iştirak edirlər. Belə toplanmağımız dövlət orqanları tərəfindən bizə münasibətin yaxşılaşmasına gətirib çıxarır. Birlik, tələblərimizin yüksək səviyyədə öz həllini tapması deməkdir. Harada birlik var, orada bərəkət var. Soydaşlarımız regionun inkişafında yaxında iştirak edir, sosial-mədəni tədbirlərə öz töhfələrini verirlər. Soydaşlarımız Saxalin vilayətinin rəsmiləri tərəfindən yaxından tanınmağa başlayıblar. Hətta bir çox məsələlərdə bizimlə razılığı gəlirlər.

- Soydaşlarımız Saxalində diaspor olaraq formalaşıblarmı?
-Saxalin vilayətində yaşayan həmyerlilərimizi tam olaraq bir araya toplamaq mümkün olmayıb. Bu, mümkün olası bir iş də deyil. Əslində, bizə o qədər də çox insan lazım deyil. Bizim əhatəmizdə 150-200 nəfərə yaxın insan var. Biz özümüz yığıla biliriksə, bu, o birilərə də yardım deməkdir. Yəni görürlər ki, biz bir araya yığılmışıq, onlar da özlərinin töhfələrini verməyə bilavasitə hazır olurlar. Onu da qeyd edim ki, insanlarımız çətin vəziyyətə düşəndə bizə yaxınlaşıb kömək istəyirlər. Bizlər də əlimizdən gələn köməyi həmyerlilərimizə edirik. Qeyd edim ki, Saxalində bizim ağsaqqal dostumuz var-Xaliq Allahverdiyev. Yüksək nüfuza malik bir ziyalı kimi Xaliq müəllim Saxalindən sayılıb-seçilir və soydaşlarımıza kömək edir.

-2018-ci il üçün nə kimi planlarınız var?
-Planlarımız çoxdur. Xalqımıza qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı günü yaxınlaşır. Saxalində biz də Xocalı soyqırımı ilə bağlı anım günü keçirəcəyik. Mən deyərdim ki, fevral və mart ayları xalqımız üçün ən ağrılı aylardandır. Torpaqlarımızın itirilməsini ömrü boyu unutmaq olmur. Biz bu torpaqların qaytarılması uğrunda mübarizədən bir an belə, geri çəkilən deyilik. Ali Baş Komandanımız nə zaman müharibə əmri versə, biz də gəlib torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qatılacağıq.
Qarşıdan Novruz bayramı gəlir. Bu bayrama da çox yüksək səviyyədə hazırlaşırıq. Biz tatar, özbək, qırğız və tacik diasporu ilə birgə bayram mərasimi keçirəcəyik.
Rusiyanın çox sayda bayramları var. Biz diaspor olaraq bu bayramlarda yaxından iştirak edirik. Bu yaxınlarda Rusiyada prezident seçkiləri keçiriləcək. Bizim diaspor da seçkilərdə Rusiyanın indiki prezidenti Vladimir Putini dəstəkləməyi qərarlaşdırıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.02.2018
“Azərbaycan dili imperiya dilləri ilə rəqabətə girəsi dildir”
15.02.2018
“Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
14.02.2018
Buludxan Xəlilov: “Ədəbiyyat cəmiyyəti öz arxasınca aparmalıdır”
14.02.2018
“Meşələrdə yanğınların baş verməməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir”
13.02.2018
“Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info