Avropada “yay” vaxtına keçidi ləğv etmək istəyirlər
Tarix: 08.02.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin 80-ə yaxın deputatı Avropa İttifaqı ölkələrində “yay” və “qış” vaxtlarına keçid rejiminin ləğv olunması məsələsini Assambleyanın müzakirəsinə çıxarmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, məsələnin fevralın 8-də Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında səsverməyə çıxarılması gözlənilir. Təklifin təşəbbüskarlarının fikrincə, saatın çəkilməsi iqtisadi baxımdan özünü doğrultmur və insanların narahatlığına səbəb olur.
Avropa İttifaqında “yay” və “qış” vaxtlarına keçid Avropa Parlamentinin və Aİ Şurasının 2000/84/EG göstərişi ilə tənzimlənir. O, Avropa İttifaqının bütün ölkələrində “yay” vaxtının başlanğıcının martın son bazar günü və sonunun oktyabrın son bazar günü olduğunu müəyyənləşdirir. Saatın əqrəblərinin çəkilməsinin məqsədəuyğunluğu ətrafında mübahisələr onun həyata keçirildiyi vaxtdan bəri davam edir. Hələ XX əsrin sonlarında “yay” vaxtının iqtisadi effektinin cüzi olduğu aydınlaşıb.
Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri bu praktikadan imtina etsə də, Avropada və Şimali Amerikada hələ də tətbiq edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info