“Tarixi torpaqlara qayıdış bizim hədəfimizdir”.
Tarix: 08.02.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmiz üçün hər zaman prioritetdir. Prezident İlham Əliyev istər ölkədə, istərsə də xaricdə keçirilən əksər tədbirlərdə bu münaqişəyə toxunur. Elə ötən gün Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında da bu münaqişə haqqında danışıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın. Tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir”.

“Bütün il Dağlıq Qarabağla bağlı məsələlər passiv fazaya daxil ola bilərdi”
Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən Prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib. Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan Ordusunun gücünü əks etdirir. Politoloq Qabil Hüseynli isə “Azadinform”aaçıqlamasında deyib ki, Azərbaycanda prezident seçkilərinin vaxtının tezləşdirilməsi Rusiya və Ermənistanda keçirilən seçki ilə bağlı ola bilər. “Ermənistan və Rusiyada seçki martda, bizdə isə oktyabrda keçirilsəydi, bütün il Dağlıq Qarabağla bağlı məsələlər passiv fazaya daxil ola bilərdi”, o əlavə edib.Politoloq qeyd edib ki, iki gün öncə regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri də Prezident İlham Əliyevə bildirdi ki, prezident seçkiləri başa çatdıqdan dərhal sonra intensiv danışıqlar başlayacaq: “Hesab edirəm ki, seçkinin vaxtının dəyişdirilməsində birinci yerdə Qarabağ problemi dayanır. Yeni seçilmiş prezidentin siyasi danışıqların nəticə vermədiyini gördükdə ərazi bütövlüyümüzün təmin edilməsi üçün ordunun hazırlanmasına ciddi cəhd etməli olduğunu düşünürəm. Bu, məsələnin əsas tərəfidir”. Politoloq əlavə edib ki, müəyyən beynəlxalq amillər və ölkədaxilitəhlükəsizliklə bağlı məsələlər də var: “Onlar önəmli əhəmiyyət kəsb etməsə də, seçkinin vaxtının tezləşdirilməsinə təsir edir”.Politoloq Rüstəm Məmmədovsa “Azadinform”aaçıqlamasında bildirib ki, Azərbaycan, Ermənistan, Rusiyada prezident seçkiləri eyni vaxtda olacaq: “Seçkidən sonra bu dövlətlər öz problemləri ilə bilavasitə yaxından məşğul ola biləcəklər”.Politoloq hesab edir ki, seçkidən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəliləyiş gözlənilir: “Müəyyən planlar var, düşünürəm ki, onlar həyata keçiriləcək. Münaqişənin mərhələli həll planı ilə bağlı irəliləyişlərin baş verməsi mümkündür”.

“Minsk qrupu həmsədrlərinin hansı təkliflər irəli sürəcəyi çox maraqlıdır”
Politoloq İlqar Vəlizadə isə SİA-ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları şərh edib: “XİN başçılarının son görüşündən sonra Azərbaycanın xarici işlər naziri problemin həlli ilə əlaqədar kreativ ideyaların olduğunu açıqlamışdı. Lakin bu ideyaların nədən ibarət olduğunu bilmək üçün danışıqların növbəti mərhələsini gözləmək lazımdır. Çünki hər şey real danışıqlardan asılıdır”.
Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin gündəliyində təmas xəttinə nəzarət edən müşahidəçilərin sayının artırılması məsələsinin əsas yer tutduğunu deyən İ.Vəlizadə həmsədrlərin də bu məsələni problemin mərkəzində tutmasına təəssüfünü dilə gətirib: “Təmas xəttində müşahidəçilərin artırılması ilə bağlı məsələ Ermənistan tərəfindən israr edilir və bu, digər məsələlərlə əlaqələndirilirdi. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu problemin mərkəzində tutur və bildirirdilər ki, guya bunun həlli digər məsələlərin müzakirəsinə şərait yaradacaq. Azərbaycan dövləti sözügedən təklifin digər məsələlərin həllinə mane olmaması üçün buna etiraz etmədi. Amma məsələ bununla bitməyib. Bizim gözləntimiz Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması, eyni zamanda qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması predmetli şəkildə müzakirə olunmasıdır”.
Politoloqun sözlərinə görə, əgər müzakirələr yenə də əsas deyil, texniki məsələlər üzərində aparılsa, o zaman bu danışıqlardan heç nə gözləmək mümkün deyil: “Məsələn, müşahidəçilərin sayının artırılması kimi texniki məsələlərin müzakirəsindən heç nə əldə etmək olmaz. Burada prinsipal mövqe ortaya qoyulmalıdır. Azərbaycan tərəfinin bununla mövqeyi qətidir. Lakin Minsk qrupu həmsədrlərinin hansı təkliflər irəli sürəcəyi çox maraqlıdır”.
Ermənistanın problemin mərhələli deyil, paket şəkildə həlli ilə əlaqədar təklifinə münasibət bildirən İ. Vəlizadə bunu cəfəngiyyatadlandırıb: “Rusiyanın XİN başçısı Lavrovun bəyanatları da göstərir ki, onlar paket həll variantından uzaqlaşıb, hətta Ermənistanı da bundan çəkindirməyə çalışırlar. Bu, əlbəttə, ermənilərin xoşuna gəlmir. Düzdür, onlar bunu açıq şəkildə söyləmirlər, lakin dolayı yolla, müəyyən mesajlar vasitəsilə fikirlərini bildirməyə çalışırlar. Artıq Rusiya anlayır ki, problemin paket şəkildə həll variantı mümkün deyil. Çünki paket həll yolu hazırkı vəziyyətdə həm Rusiyanın maraqlarına uyğun gəlmir, həm də Dağlıq Qarabağ münaqişəsində yaranan çıxılmaz vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər”.
“Rusiya tərəflərin qismən də olsa, razılığa gəlməsini istəyir. Qonşu dövlətin məqsədi Ermənistana gedən yolların açılması və bunun nəticəsində də yüklərinin sərbəst şəkildə Azərbaycan ərazisindən keçərək düşmən ölkəyə getməsidir. Təbii ki, bunun da bir yolu var ki, bu da Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsidir. Belə olan halda, gündəmə mərhələli həll planı gəlir”.

“Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ümumilikdə Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır: “Dağlıq Qarabağ tənzimlənməsinin ATƏT MQ-nin monopoliyasından çıxması istiqamətində xeyli səy göstərir. 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Xİ naziri AncelinoAlfano Moskvada olarkən ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsində yeganə format olmadığını bildirdi. İtaliya dünyada xristianlığın mənşəyi olan dövlətdir. İtaliya Azərbaycanın uzun illər boyu bir nömrəli ticarət tərəfdaşıdır”.

Qarabağda tədqiqat aparmış erməni alim İtaliyada beynəlxalq konfransa buraxılmayıb
Yeri gəlmişkən, Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib. “News.am” saytının verdiyi məlumata görə, Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub. Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü NjdeYeranyan, araşdırma materialı Dağlıq Qarabağla bağlı olduğu üçün tədbirə buraxılmayacaq. N. Yeranyan münaqişəli ərazilərdə tədqiqatların aparılmasına qadağa qoyan UNESCO qərarı əsasında toplantıda iştirakdan kənarlaşdırıldığını söyləyib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info