İqtisadiyyatda muzdla işləyənlərin sayı və əməkhaqqı açıqlanıb
Tarix: 10.02.2018 | Saat: 11:16:00 | E-mail | Çapa göndər


Yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1521,3 min nəfər olub. Onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2017-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info